13-11-2025, 12:48 287

Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda ittiham olunan şəxslər özlərini təqsirli bilmir

Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda və vergidən yayınmaqda ittiham olunan Bahadır Qasımov, qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun məhkəmə prosesi keçirilib.

BAKU.WS xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hakimlərin tərkibinin dəyişdirildiyi bildirilib.

Bundan əvvəl işə baxan hakim Anar Sadıqov bir müddət əvvəl elmi fəaliyyəti ilə məşğul olmaq üçün hakim vəzifəsindəm istefa verib.

Məhkəmə Hüquq Şurası istefanı qəbul edib və onun hakimlik fəaliyyətinə xitam verib.

Məhkəmədə elan olunub ki, hakimlərin tərkibində dəyişiklik olduğu üçün cinayət işi üzrə araşdırma yenidən başlanır. Bu səbəbdən yenidən başlanan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin hüquq və vəzifələri izah edilib. Sonra isə təqsirləndirilən şəxslərin vəkilləri müəyyən edilib.

Daha sonra məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul edilib, dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama münasibət bildirən İkram Qasımov, Bahadur Qasımov, Cavid Əzizov, Anar Əhmədov və Vəli Əliyev özünü təqsirli bilməyiblər.

Təqsirləndirilən şəxslər ittihamda böyük məbləğlər yazıldığını, həmin məbləğlərlə razı olmadıqlarını deyiblər.

Proses noyabrın 27-da davam edəcək.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələrinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb.

Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.

Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Paylaş

Xəbər lenti

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48 "Qurumlar bu problemi bir-birinin üzərinə atır" Bu gün, 14:48 Meyxanaçı Elnur Valehin qızı: "Atamı yıxdınız, məni də yıxmağınıza icazə verməyəcəm" Bu gün, 14:48 Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir" Bu gün, 14:48 Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB Bu gün, 14:48 Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48 AMB "Rabitəbank"a icrası məcburi sərəncam verdi Bu gün, 13:48 500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi Bu gün, 13:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub Bu gün, 13:48 Baş Prokurorluq tibb təhsili olmadan fəaliyyət göstərən şəxslə bağlı inzibati tədbirlər görüb Bu gün, 13:48 Məşhur aktyor həyəcandan mükafatı yerə saldı Bu gün, 13:48 İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir Bu gün, 13:48 Ağır qəzada ölən şəxs hərbçi imiş Bu gün, 13:48 Köhnə smartfonu atmağa tələsməyin: İkinci telefon nə üçün lazım ola bilər? Bu gün, 13:48 "Yalı çapkını"nın 79 yaşlı "Hattuc"unun halı pisləşdi Bu gün, 13:48 DYP-dən kənd texnikası sürücülərinə MÜRACİƏT Bu gün, 12:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib Bu gün, 12:48 Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb Bu gün, 12:48 Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY Bu gün, 12:48 Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi Bu gün, 12:48 Sabah Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib Bu gün, 12:48 İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 12:48 İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır Bu gün, 12:48 Prezident: Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir Bu gün, 12:48 "Azəristiliktəchizat" yeni mövsümə hazırlığa dair görülmüş işləri açıqlayıb Bu gün, 12:48 Türkiyədə məktəbə silahlı hücum edən şübhəlinin anası, atası, babası SAXLANILDI Bu gün, 12:48 Köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim edilib Bu gün, 12:48 İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir Bu gün, 12:48 Lalə Azərtaşdan Londonda oxuyan qızları ilə bağlı paylaşım Bu gün, 11:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı - ŞÜBHƏLİ SAXLANILDI Bu gün, 11:48 "Formula 1"ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib Bu gün, 11:48 Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur" Bu gün, 11:48 Bakıda tozlu hava neçə gün davam edəcək? Bu gün, 11:48 Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb? Bu gün, 11:48 Aygün Kazımovanın məktəb illərinə aid fotoları yayıldı Bu gün, 11:48 Nazilə Səfərli: "Evimdən 15 000 dollarlıq qızılım yoxa çıxdı" Bu gün, 11:48 3-cü kurs tələbəsi əməliyyatda öldü Bu gün, 10:48 Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ Bu gün, 10:48 Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub Bu gün, 10:48 Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Bu gün, 10:48 6 hava limanında uçuşlar təxirə salındı - Minlərlə sərnişin hava limanında qaldı Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR