
Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 min manat olan seyf oğurlanıb.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.