
Kiyevdə güclü partlayışlar baş verib. Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.
"Bu, "MiQ-31K" qırıcısının Nijni Novqorod vilayətində yerləşən Savasleyka aerodromundan havaya qalxması ilə əlaqədardır. Bütün Ukrayna üçün raket təhlükəsi var", - Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.
Xəsarət alanlar və yaralananlar barədə rəsmi məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.