1-09-2022, 02:00 718

Brüssel görüşünün uğurları nələrdir? - ŞƏRH

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirildi.

Bu, tərəflər arasında növbəti üçtərəfli görüş idi. Əvvəlki müzakirələr nəticəsində də ciddi nəticələr əldə olunmuşdu. Yekun sülh müqaviləsi istiqamətində görülən işlər Azərbaycanın diplomatik uğurunun növbəti təzahürü olmaqla yanaşı, Aİ-nin və şəxsən Şarl Mişelin vasitəçiliyinin nəticəsidir.

Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə etdi. Belə ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının mətni üzərində iş aparılması üçün işçi qrupların yaradılması razılaşdırıldı.

Beləliklə, Ermənistan tərəfinin müqavimətinə rəğmən, əldə olunan nəticələr ortadadır. Azərbaycanın uğurlu və dönməz xarici siyasəti, Aİ-nin vasitəçiliyi bu nəticələrin təməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev görüşdən sonra sosial şəbəkə hesabında Aİ-nin vasitəçilik səylərini yüksək qiymətləndirən paylaşım etdi: “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”. Qeyd etdiyimiz kimi, bu qiymət təsadüfi deyil. Çünki artıq olmayan, belə demək mümkünsə, sabiq Minsk qrupunun otuz il ərzində əldə edə bilmədiyi nəticələrə Aİ qısa müddətdə nail olmağı bacardı. Şübhəsiz, bu, həm də Aİ-nin Azərbaycana verilən dəyər, ölkəmizin geosiyasi rolu ilə bağlıdır.

Müzakirə edilən sülh müqaviləsi Azərbaycan tərəfindən irəli sürülən və Ermənistanın qəbul etdiyi beş prinsip üzərində qurulur. Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, Belçika görüşündəki yeni sənəddə Qarabağ mövzusu, ATƏT-in Minsk qrupu barədə heç nə yoxdur.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Avropa İttifaqının vasitəçiliyi var, burada Qarabağ mövzusu yoxdur, çünki bu məsələ Azərbaycanın daxili işi hesab olunur. Bunlar Aİ-nin rəsmi Bakının maraqlarına nə qədər önəm verdiyinin göstəricisidir.

Ş.Mişel üçtərəfli görüşdən sonra bildirib ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirildi. Ümumiyyətlə, Avropa İttifaqı yekun sülh müqaviləsinin imzalanmasında, beləliklə, regionda sabitliyin təmin olunmasında maraqlıdır. Və bu məsələdə Azərbaycanın irəli sürdüyü beş bəndlik sülh təklifinin əsas götürülməsi xüsusi vurğulanmalıdır. Bu, bir daha göstərir ki, Aİ üçün Bakı vacib tərəfdaşdır.

Paylaş

Xəbər lenti

Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların ADLARI Bu gün, 13:48 Bakıda və Abşeronda müşahidə olunan dumanlı havanın SƏBƏBİ AÇIQLANDI Bu gün, 13:48 Şəmkirdə 13 il əvvəl törədilən amansız qətlin üstü açıldı: Şübhəli şəxs məhkəmə qarşısında Bu gün, 13:48 AFFA futbolçunun adına görə "Qarabağ"ı cərimələdi Bu gün, 13:48 Leyla Şıxlinskayanın 55 ildən sonra "Gün keçdi" ilə bağlı arzusu Bu gün, 13:48 Gürcüstan 101 əcnəbini ölkədən deportasiya edib Bu gün, 13:48 Üçüncü övladı doğulan 45 yaşlı Natali: "Bu kiçik insan qarşısında... " Bu gün, 13:48 Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb Bu gün, 13:48 Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb Bu gün, 13:48 Mütəxəssis 20 il ömürdən məhrum edən xəstəlik barədə xəbərdarlıq etdi Bu gün, 13:48 Harri Keyn tənqidlərə münasibət bildirdi Bu gün, 12:48 Zakir Həsənov: Ali Baş Komandan Azərbaycan Ordusunun fəaliyyətindən razıdır Bu gün, 12:48 Əli Kərimlinin məhkəməsi başlayıb Bu gün, 12:48 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" Bu gün, 12:48 Yol kənarında kabel od tutub YANDI Bu gün, 12:48 Azərbaycanın yeni Ombudsmanı SEÇİLDİ Bu gün, 12:48 Kriştianu Ronaldonun oğlu Portuqaliya millisinin U-17 komandasına dəvət alıb Bu gün, 12:48 Azərbaycanlılarının pulunu talayan beynəlxalq şəbəkənin "Call center"inə zərbə vuruldu Bu gün, 12:48 Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Amerikalı milyonçu ailəsi ilə birlikdə təyyarə qəzasında həlak oldu Bu gün, 12:48 ABŞ-nin strateji neft ehtiyatları 44 ildən sonra ən aşağı səviyyəyə düşdü Bu gün, 12:48 Məşhur televiziya aparıcısının beynindən şiş çıxarılıb Bu gün, 12:48 Səbinə Əliyeva əsas hədəflərini açıqladı Bu gün, 12:48 İran ABŞ-yə xəbərdarlıq etdi: "Müharibə regionla məhdudlaşmayacaq" Bu gün, 12:48 Baku Steel Company "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir Bu gün, 12:48 Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular Bu gün, 11:48 Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı Bu gün, 11:48 Nizami City-də təmirli mənzil kampaniyası başladı:  Məhdud sayda mənzil Bu gün, 11:48 Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub - RƏSMİ Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, bəyanat qəbul ediləcək Bu gün, 11:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Prezident İlham Əliyev Laosa səfərə dəvət edilib Bu gün, 11:48 İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib Bu gün, 11:48 Azərbaycanın Aİ-98 benzini aldığı ölkələr – SİYAHI Bu gün, 11:48 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı Bu gün, 11:48 Çin krossoveri Böyük Britaniyada satışların zirvəsinə yüksəldi! Bu gün, 10:48 ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 milyard manatı ötüb Bu gün, 10:48 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..." Bu gün, 10:48 Əli Kərimlinin məhkəməsi başlayır Bu gün, 10:48 Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU Bu gün, 10:48 "Neftçi" XXI əsrdə ilk 10 tur üçün qol rekordunu yeniləyib Bu gün, 10:48 Blok3 reklama çəkilmək üçün 100 milyon istədi Bu gün, 10:48 Azeri Light nefti kəskin ucuzlaşıb: Qiyməti 116 dollara düşüb Bu gün, 10:48 Gürcüstan-Azərbaycan sərhədində əməliyyat - 433 mobil telefon aşkarlandı Bu gün, 10:48 Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar Bu gün, 09:48 Qaradağda yeni körpülərin sayı 5-ə çatıb, onlardan 3-ü Qobustandadır Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR