24-02-2024, 11:50 581

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Ona çatan pulla razı deyildi, ev almaq istəyirdi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Şirin Şükürov bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib:

“Keçirilən yoxlamalar zamanı 2017-2021-ci illərdəki təftiş dövründə 1 milyon 600 min manatdan çox çatışmazlıq aşkar olunmuşdu. Təqsirləndirilən şəxslərdən birbaşa tapşırıq almamışam. Ümumi məbləğdən 600 min manatı mənə qalıb, 33 min manatını dövlət büdcəsinə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm.”

O qeyd edib ki, bir təftişdə 140 min manata yaxın çatışmazlıq aşkar olunub. yoxlamaya gələnlərə veriləcək məbləğin göstərişini korpusun maliyyə xidmət rəisi Ceyhun Musayevdən alıb.

“Kimə nə qədər verilməsini biz müəyyən etmirdik, standartlar belə idi. Müxtəlif vaxtlarda təftişə Azər və Teymur müəllim gəlirdi. Pulları onlara vermişəm” – o deyib.

Şahid Tərlan Əliyev bildirib ki, həmin dövrdə hərbi akademiyada maliyyə xidmət rəisi işləyib. Yoxlamalar zamanı 1 milyon manata yaxın çatışmazlıq aşkar olunub. Həmin pullardan 500 min manatı ona qalıb. Dövlətə dəyən ziyanı tam ödəyib.

“Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafael Xələfova hər dəfə təxmini 30-35 min manat olmaqla 4 dəfə pul vermişəm, amma o, istintaq zamanı üzləşəndə bunu inkar edib”- şahid bildirib.

O, həmçinin əlavə edib ki, qohumlarının adına kart hesabları açdırıb, onların əksəriyyəti hərbçi olmayıb.

Rafael Xələfov istintaqa verdiyi ifadədə Tərlan Əliyevdən cəmi 60 min manat pul alaraq Nizami Məmmədova verdiyini bildirib.

Müttəhim Nizami Məmmədov etiraz edib:
“Rafael Xələfov istintaq zamanı qaranlıq məqamlarda deyirdi ki, pulları mənə verib, lakin mənim bununla bağlı xüsusi tapşırığım olmayıb".

Şahid Fariz Nəbiyev bildirib ki, həmin vaxt Hərbi Hava Qüvvələrinin hərbi hissəsində maliyyə xidmət rəisinin köməkçisi işləyib, istintaq matreallarında 90 min manata yaxın çatışmazlıq aşkar olunduğu qeyd olunub. Bu məbləğin 20-25 min manatı ilə razı deyil. Mənimsənilən pullardan 33 min manatı ona qalıb. Həmin puldan 6500 manatını ödəyib, qalanını da yaxın vaxtda ödəyəcək.

Nizami Məmmədov bildirib ki, Fariz Nəbiyev pul məsələsi ilə bağlı işdən çıxmaq istəyib:

“Ona çatan pulla razı deyildi. Rafael və Cəlalla aralarında pul məsələsi var idi. Mənə Ev almaq istədiyini bildirdi. Mən də Rafael Xələfovla Cəlal Kazımovu yanıma çağırıb məsələni yoluna qoydum”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Bu gün, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Bu gün, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Bu gün, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Bu gün, 20:48 İş axtaranlara şad xəbər Bu gün, 20:48 Sahibə Qafarova Qazaxıstana səfər edib Bu gün, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Bu gün, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Bu gün, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Bu gün, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Bu gün, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Bu gün, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Bu gün, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Bu gün, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Bu gün, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Bu gün, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR