4-03-2024, 12:42 628

Prezident İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

"AVESTA.AZ" xəbər verir ki, Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin salamlarını və prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Qonaq öz adından da Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək vurğuladı ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısının siyasətinə mütləq dəstəyinin ifadəsidir.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Rumen Radevə çatdırmağı xahiş etdi.

Rosen Dimitrov Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğuladı, iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd etdi. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxundu. Qonaq ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğuladı. O, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, bütövlükdə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirdi. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd etdi. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğuladı. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd etdi.

Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladı.

Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəminə toxunaraq, ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşü məmnunluqla xatırladı.

Dövlətimizin başçısı yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirdi və bunun layihədə iştirak edən bütün dövlətlər tərəfindən dəstəkləndiyini vurğuladı.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının uğurla keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirdə Azərbaycanın panavropa enerji təchizatçısı olmasının vurğulandığını bildirdi və Avropanın səkkiz ölkəsinin Azərbaycan qazı ilə təchiz olunduğunu qeyd etdi.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq kontekstində SOCAR-ın Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla vurğulandı.

10:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Bakıda böyük tıxac hökm sürür Bu gün, 21:48 Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək Bu gün, 21:48 Azərbaycanda un məhsulları bahalaşacaq? Bu gün, 21:48 Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ Bu gün, 21:48 Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib Bu gün, 21:48 EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək Bu gün, 21:48 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi Bu gün, 20:48 Bu məktəbin direktoru vəfat etdi Bu gün, 20:48 İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi Bu gün, 20:48 Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib Bu gün, 20:48 102-ci baza mübahisəsi qızışır: Moskva və İrəvan arasında gərginlik Bu gün, 20:48 Azərbaycanda bağçalarla bağlı SEVİNDİRİCİ XƏBƏR Bu gün, 20:48 Ali məktəblərdə dövlət sifarişi üzrə bəzi yerlər niyə boş qalıb? Bu gün, 19:48 Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi Bu gün, 19:48 "Bavariya" 70 milyona yeni müdafiəçi almaq istəyir Bu gün, 19:48 "Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər" - Məhkəmədə şok ifadələr Bu gün, 19:48 Ayaq üstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Bu gün, 18:48 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq Bu gün, 18:48 Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular Bu gün, 18:48 Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam" Bu gün, 18:48 Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz Bu gün, 18:48 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı Bu gün, 18:48 Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ Bu gün, 18:48 Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib Bu gün, 18:48 Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 18:48 Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək Bu gün, 17:48 Kreml Putinin əsas ad günü arzusunu açıqladı Bu gün, 17:48 Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi Bu gün, 17:48 Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir Bu gün, 17:48 Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI Bu gün, 17:48 Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar? Bu gün, 17:48 Sumqayıtda tikilidə yanğın söndürülüb Bu gün, 17:48 Fazil Məmmədov nazir müavini təyin edildi Bu gün, 17:48 Qaradağdakı rüşvət işi: sabiq vəzifəli şəxsə 6 min manat cərimə Bu gün, 17:48 Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib Bu gün, 17:48 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu Bu gün, 17:48 Ayaqüstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Bu gün, 17:48 Ombudsmanın maaşı dörd dəfə artırıldı - Prezident təsdiqlədi Bu gün, 17:48 Sumqayıtda tikilidə yanğın baş verib Bu gün, 16:48 İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 16:48 Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik Bu gün, 16:48 75 yaşlı aktyor xəstəxanaya yerləşdirildi Bu gün, 16:48 Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb Bu gün, 16:48 İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik Bu gün, 16:48 Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb Bu gün, 16:48 İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm" Bu gün, 16:48 "Azərsun Holdinq"  Təmizlik Kağızları Fabrikinə mediatur keçirib Bu gün, 16:48 Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR