
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib.
"Report" xəbər verir ki, 39 yaşlı keçmiş oyunçu II Liqa təmsilçisi "Cəbrayıl"la anlaşıb.
Əmircanov mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, yığmanın sabiq üzvü karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.