
İranda Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.
“AVESTA.AZ” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti bildirib.
Onun sözlərinə görə, daha 10 polis əməkdaşı yaralanıb.
Bildirilib ki, hücumun məsuliyyətini “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.
İRNA-nın məlumatına görə, İnqilab keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüləri ilə qruplaşma üzvləri arasında 10 saatadək atışma olub.
İnformasiyaya əsasən, döyüş nəticəsində “Ceyş-əl Adl”ın 15 silahlısı ölüb. Ölənlər arasında Çabahar polis idarə rəisinin müavini də var.
Silahlı qruplaşma isə Sepahın 200-ə yaxın hərbçisini öldürdüklərinə dair məlumat yayıblar.
İranda iki polis məntəqəsinə hücum edilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəməti məlumat verib.
Onun sözlərinə görə, silahlı hücum əyalətinin Rask və Çabahar şəhərlərində baş verib.
Yerli KİV məlumat verib ki, atışma nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub, üç terrorçu isə zərərsizləşdirilib.
Silahlı şəxslərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu bildirilir.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.