
Vəkillər Kollegiyası (ARVK) Gədəbəydə aztəminatlı şəxslərə pulsuz hüquqi dəstək göstərəcək.
Bu barədə “AVESTA.AZ”a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Gədəbəydə fəaliyyət göstərən fərdi vəkil və Mingəçevir şəhər Vəkil Bürosunun vəkilləri tərəfindən keçiriləcək aksiya saat 11:00-dan rayonun Heydər Əliyev Mərkəzində başlayacaq.
Aksiyadan yararlanmaq istəyən aztəminatlı şəxslər Kollegiyaya müraciət edə bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.