31-12-2021, 19:00 808

Tarixdə iz qoyanlar: 3-cü kursda bütün SSRİ məkanına səs salan AZƏRBAYCANLI
“Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.
 
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
 
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 
 
Bu il görkəmli bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında misilsiz xidmətləri olmuş Cahangir Cahangirovun 100 illik yubileyi tamam oldu.  Mahnı, kantata, instrumental pyes, opera kimi müxtəlif janrlarda eyni çoşğu ilə, ilham və həvəslə yazıb yaratmış  sənətkarın musiqisi öz rəngarəngliyi, parlaqlığı və emosionallığı ilə qəlbləri fəth edib. Cahangir Cahangirovun yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da maraq doğurub, bəyənilib, sevilib və zamanında  dövlət tərəfindən layiqincə qiymətləndirilib.
 
Görkəmli bəstəkarın yaradıcılıq yolu Azərbaycan musiqisinin böyük bir tarixi mərhələsini əhatə edir. Milli musiqi yaradıcılığının bir çox janrının inkişafında onun xidmətləri əvəzedilməzdir. Milli xor mədəniyyətimizin təşəkkülündə dahi Üzeyir Hacıbəyovdan sonra Cahangir Cahangirovun adı çəkilir.
 
Ü.Hacıbəyovla şəxsən tanış olan Cahangir dahi bəstəkarla bağlı xatirələrini “Unudulmaz xatirələr” və “Üzeyir Hacıbəyov haqqında xatirələrim” məqalələrində qələmə alıb. Məqalələrdən aydın olur ki, dahi Üzeyir bəylə gənc Cahangirin ilk tanışlığı 1937-ci il ilə təsadüf edir. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində xor kollektivi təşkil etmək üçün filarmoniyaya gələn Üzeyir bəy tələbələri dinləyir. Həmin vaxt teatr  texnikumunda təhsil alan gənc Cahangir komissiyanın sədri Üzeyir Hacıbəyov tərəfindən bəyənilir və  o, xor kollektivinə qəbul edilir. Bir müddət xorda oxuyan Cahangir xatirələrində daha sonra yazır:
 
“Bir gün məşqdən sonra Üzeyir bəy məni yanına çağırdı və dedi: “Cahangir, yoldaşlarından bir neçəsi mənə deyiblər ki, sən bəzən musiqi parçaları, mahnılar qoşursan. Bir əyləş, çal görüm. Eşitmək istəyirəm”.
 
Özünü itirən, əlləri əsməyə başlayan Cahangirin  həyəcanını sakitləşdirən Üzeyir bəy Cahangirin çaldığı əsərlərə qulaq asaraq onları bəyənir və ona Qara Qarayevə müraciət etməyi məsləhət görür.
 
“Beləliklə, mənim bəstəkarlıq sənətinə ilk dəfə qədəm qoymağım məhz Üzeyir Hacıbəyovun adı ilə bağlıdır”, – deyə C.Cahangirov xatirələrində qeyd edir.
 
Ümumiyyətlə, Cahangir Cahangirov Üzeyir bəyin atalıq qayğısını hər zaman hiss etdiyini vurğulayırdı. Hətta xatirələrinin birində qeyd edir ki, müharibə illərində yaradıcı ziyalılara geyim, pal-paltar, ayaqqabı verirdilər. 1944-cü ildə Bəstəkarlar İttifaqına yenicə qəbul olunmuş gənc Cahangirə bir şey düşmədiyini bilən Üzeyir bəy öz adına yazılmış əşyanı ayaqqabı ilə əvəz edib Cahangirə verilməsini tapşırır.
 
“Amma geyməyə ürəyim gəlmirdi. O, Üzeyir bəyin əvəzsiz yadigarı kimiydi. İllər keçib, ancaq mən unudulmaz müəllimimin hədiyyəsini – bir cüt ayaqqabını heç cür yaddan çıxarmıram”,- deyə bəstəkar xairələrində yazırdı.
 
 
Mübaliğəsiz söyləmək olar ki, Cahangir Cahangirovun yaradıcılığı ötən əsr musiqimizin simasını bir çox cəhətdən müəyyənləşdirmək üçün kifayət qədər zəngin material verir. Bəstəkarın qələmə aldığı operalar, süitalar, üvertüralar, poemalar, konsertlər, fuqalar, prelüdlər, pyeslər, kantatalar, oratoriyalar, odalar, marşlar, mahnılar, rəqslər,  kinofilmlərə yazdığı musiqilər buna parlaq sübutdur.
 
 
C.Cahangirov Araz və Cənub harayına səs verən mübariz sənətkar, bölünmüş o taylı-bu taylı Vətən həsrətinin alovlu nəğməkarı idi. Cəsarətlə demək olar ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında Araz mövzusunu C.Cahangirov oyadıb,  ilk  Araz nəğməsini məhəbbətlə o oxuyub.
 
“Təbrizim mahnısı, “Arazın o tayında” vokal-simfonik poeması və “Azad” operasını buna misal göstərmək olar. Bəstəkar 1949-cu ildə hələ tələbə ikən qələmə aldığı  “Arazın o tayında” vokal-simfonik poemasını Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatının güclü təsiri altında yazmışdı. Bir il sonra əsər SSRİ Dövlət mükafatına layiq görülür. O zaman konservatoriyanın 3-cü kurs tələbəsi olan C.Cahangirova keçmiş SSRİ məkanında geniş şöhrət qazandırmış belə bir səpkidə əsərin meydana çıxması Azərbaycan sovet musiqisinin ciddi nailiyyəti kimi qeyd edilməlidir.
 
 
C.Cahangirovun yaradıcılığı çoxşaxəlidir. O, “Azad” və “Xanəndənin taleyi” operalarının, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarının, Sabir, Hüseyn Cavidə həsr olunmuş oratoriyaların, xalq mahnılarının xor üçün işləmələrinin, orijinal xor əsərlərinin, mahnıların, simfonik əsərlərin, kinofilmlərə və teatr tamaşalarına musiqilərin müəllifidir. Bəstəkarın ölməz şair Füzuliyə həsr etdiyi “Füzuli” kantatası xüsusən böyük şöhrət qazanıb. Müəllif şərqin misilsiz şairinin parlaq obrazını təsirli musiqi dili ilə əks etdirə bilib.
 
 
C.Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl lirik  mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük vermiş və gözəl nəğmələr bəstələyib. “Mahnıya ciddi münasibət bəsləmək lazımdır. Mahnının ideya, məzmun gücü, müasir səciyyəsi, sifəti olmalıdır”, - deyə bəstəkar bildirirdi.
 
 
Kino musiqisi sahəsində də C.Cahangirov gözəl bir iz qoyub  Bu gün də sevərək izlədiyimiz “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qatır Məmməd” ,“Papaq” kinofilmlərinə bəstəkarın  yazdığı musiqilər kino musiqi sənətimizin parlaq səhifəsini təşkil edir. Onun bir çox gözəl mahnıları məhz kinofilmlərdən, ekrandan “ayrılaraq” xalq arasında geniş şöhrət tapıb.
 
 
Cahangir Cahangirov vətəninə, elinə oldiqca bağlı bir insan olub. Bəstəkar xatirələrinin birində qeyd edir ki, 1961-ci ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən bəstəkar kimi bir illik ərəb ölkələrinə göndərilir. Məqsəd ərəb folklorunu toplayıb onun üzərində işlədikdən sonra orkestr üçün tərtib etmək imiş. “Vətən həsrəti məni olduqca sarsıdırdı” deyən bəstəkar qürbətdə darıxdırıcı günlər yaşadığını qeyd edir.
 
“Vətən həsrətilə beynimdə bir melodiya həmişə səslənirdi və məni rahat qoymurdu” söyləyən bəstəkar  Bakıya dönən kimi vağzalda onu qarşılayan yaxın dostu şair Zeynal Cabbarzadəni evə dəvət edir və tələsik, 15 dəqiqə içində ona həmin melodiyaya “Vətən həsrəti” şeirini yazdırır. Bir neçə gündən sonra mahnı müğənni Şövkət Ələkbərovanın ifasında televiziya və radio ilə səslənməyə başlayır.
 
 
Cahangir Cahangirovun yaradıcılıq irsi olduqca əhatəli və rəngarəngdir və şübhəsiz ki, burada sadaladıqlarımızla məhdudlaşmır. Bəstəkarın irsi gələcəkdə hələ neçə-neçə tədqiqat işlərinin mənbəyi olacaqdır. Bu irsi təsdiq edən və əbədi yaşadan isə elə bəstəkarın musiqisidir. Cahangir Cahangirovun ölməz musiqisi səsləndikcə insanların könlü, bəstəkarın isə ruhu şad olacaq.  
 
Xatirə QƏDİROVA,
ARDƏİA-nın aparıcı arxeoqrafı
Paylaş

Xəbər lenti

Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb Bu gün, 00:48 Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb Bu gün, 00:48 Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Dünən, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Dünən, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Dünən, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Dünən, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Dünən, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Dünən, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Dünən, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Dünən, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Dünən, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Dünən, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Dünən, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Dünən, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Dünən, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Dünən, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Dünən, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Dünən, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Dünən, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Dünən, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Dünən, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Dünən, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Dünən, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Dünən, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Dünən, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Dünən, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Dünən, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Dünən, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Dünən, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Dünən, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Dünən, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Dünən, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Dünən, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Dünən, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Dünən, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Dünən, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Dünən, 16:48 MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər Dünən, 16:48 Nazir Roza Zərgərlini qəbul etdi Dünən, 16:48 İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Dünən, 16:48 NATO-dan nüvə təlimləri ilə bağlı qərar: 17 ölkə iştirak edəcək Dünən, 16:48 103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR Dünən, 16:48 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq Dünən, 16:48 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi Dünən, 16:48 Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb Dünən, 16:48 Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb Dünən, 16:48 Bakının bu küçəsi 3 gün TAM BAĞLI OLACAQ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR