28-01-2022, 15:47 1048

“Mən sanki başqa bir dünyada yaşayıram
“Ad günümü qeyd etməyi uşaqlıqdan sevirəm. Bu günü səbirsizliklə gözləyirəm hər zaman. Düşünürdüm ki, yaşa dolduqca ad günü yadımdan çıxacaq amma 51 yaşım tamam oldu, yenə də mənim üçün dəyişən heç nə yoxdur. Yəqin ki, uşaqlıqdan ulduz olmalı idim, taleyimə belə yazılıb, amma mənim xəbərim yox imiş. Bu mənim alın yazımdır. 35 ildir ki, səhnədə, sənətdəyəm. Məktəb illərindən mədəniyyət klublarında, məktəb ansambllarında oxuyurdum. Sənət yoluma bax belə başlamışam”.
Bunu açıqlamasında ötən günü doğum gününü qeyd edən xalq artisti, pop diva Aygün Kazımova bildirib. O daha sonra əlavə edib.
“2-3 ildir ki, pandemiyaya görə doğum günü qeyd etmirdim. Keçən il doğum günümü evdə qeyd etdim. Bunun özü də başqa bir maraq idi. Bu il isə doğum günümü dostlarımla birlikdə qeyd etdim. Bilirsiniz ki, mən böyük bir komanda ilə çalışıram. Ad günümə gələn qonaqlara komandamız böyük sürprizlər hazırlamışdı ki, günümüz şən keçsin. Oyunlar var idi, qalib gələnlərə hədiyyələr bağışladıq” deyə sənətkar bildirib.
Xalq artisti fanatlarının ona olan sevgisindən də danışıb.
“İndiyə qədər mənə hədiyyə olunan fanatlarımın əşyalarını saxlayıram. Yadıma gəlmir ki, kimsə bir özəl insan mənə hədiyyə etsin və mən sevə-sevə onu yadigar saxlayım. Bu yaddaşımdan silinib. Artıq 22 ildir ki, Aygün Fan Klub fəaliyyət göstərir. Bilirsiniz ki, bu Azərbaycanda yaradılan ən böyük fan klubdur. Özüm kimi orijinal fanatlarım var. Bir bilsəniz məni nə qədər çox sevirlər. Hətta onlar bu ilki doğum günümə çox gözəl sürpriz ediblər. Hövsanda beton yolunun sağında zeytun ağacları var. Onlar da həmin ərazidə ağacəkmə aksiyası keçirdilər və orada mənim adıma 50+1 ağac əkdilər. 50 ağacı onlar, birini isə mən əkdim. Bu bağın adını “Aygün bağı” adlandırdılar. Bilirsiniz ki, zeytun ağacları min il yaşayan ağaclardır. Biz hər il sevimli fanatlarımla orada görüşəcəyik. Təbiət mənim üçün çox önəmlidir. Bütün gücümü bəlkə də təbiətdən alıram” deyə sənətkar bildirib. 
Xalq artisti bu gün də var gücü ilə sənət üçün çalışdığını bildirib. 
“Hər zaman öyrənmək, ən yaxşı müəllimlərlə çalışmaq mənim xasiyyətimdə, canımda, qanımdadır. Heç vaxt öyrənməkdən yorulmuram. Düşünürəm ki, mən hələ heç nə etməmişəm. İnsan sənət üçün doğulmalıdır. Söhbət təkcə müğənnilikdən getmir. Elə peşələr var ki, adamın gözünə görünmür, amma bir bilsəniz ki, nə qədər önəmlidir?! İnsan öz peşəsi üçün doğulanda böyük işlər ərsəyə gəlir. Mən sanki başqa bir dünyada yaşayıram. Özüm üçün yox, sənət üçün yaşayıram. Həmişə özümə iki sual verirəm, “mən nə vaxt böyüyəcəyəm? və “mən deyəsən səhv yaşayıram axı?” Hətta oxudum və gördüm ki, bu hisslər normaldır. İşin öhdəsindən mükəmməl gələn insanlarda bu hisslər olur. Uşaq vaxtı niyə biz hər şeyə atılırdıq? Çünki əlimiz yanmamışdı, oradan yıxılmamışdıq. Hər başına gələn sənə təcrübə olur deyə o yadında qalır ki, birdən yenə də həmin hadisə baş verər. Qorxularla mübarizə aparanda, onları özündən uzaqlaşdıranda insan çox şey əldə edir. Ona görə də hər zaman çalışıram kliplərdə, layihələrimdə cəsarətli olum, heç nədən qorxmayım. İşin maksimum yaxşı alınması üçün hər şeyi etməyə hazıram” deyə xalq artisti Aygün Kazımova bildirib. (Moderator)

 

Paylaş

Xəbər lenti

"Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Dünən, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Dünən, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Dünən, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Dünən, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Dünən, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Dünən, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Dünən, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Dünən, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Dünən, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Dünən, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Dünən, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Dünən, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Dünən, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Dünən, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Dünən, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Dünən, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Dünən, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Dünən, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Dünən, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Dünən, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Dünən, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Dünən, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Dünən, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR