9-09-2022, 02:00 746

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib. 

"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub. 

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

Start həyəcanını boğa bilməyən "köhlən atlar" buraxılan 2-ci qoldan sonra tədricən özünə gəlməyə başlayıb. Hissənin ortalarına doğru təşəbbüsü ələ alan Azərbaycan çempionu bunun məntiqi nəticəsi kimi 22-ci dəqiqədə Qara Qarayev, 33-cü dəqiqədə isə Abdullah Zubirlə rəqibə təhlükəli anlar yaşadıb. Lakin hər iki oyunçunun zərbəsi hədəfdən yayınıb. "Qarabağ" 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. 

Ağdam təmsilçisi ikinci hissəni isə demək olar ki, hücumda keçirib. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qaldıqdan sonra VAR-a müraciət olunsa da, matçın belçikalı baş hakimi Erik Lambrexts "Qarabağ"ın aşkar penltisini təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib. 

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq. 

00:06

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb. 

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri 2:1 hesabı ilə öndədir. 

23:49

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb. 

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıblar. 

Bundesliqa təmsilçisinin heyətində 7-ci dəqiqədə Vinçentso Qrifo penaltini dəqiq yerinə yetirib. 15-ci dəqiqədə Ritsu Doan fərqi iki topa çatdırıb. 39-cu dəqiqədə isə "köhlən atlar"ın heyətində Marko Veşoviç fərqi azaltmağa müvəffəq olub. 

23:41

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, "köhlən atlar"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib. 

Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir. 

23:15

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Ritsu Doan 15-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

23:08

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb.

Baş hakim VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib.

23:00

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.

"Report"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.

Paylaş

Xəbər lenti

Ayrılsalar da, övladları üçün bir araya gəldilər Bu gün, 11:48 Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib Bu gün, 11:48 FAKTİKİ HAVA: Bəzi rayonlara qısamüddətli yağış yağıb, şimşək çaxıb Bu gün, 11:48 Kreml açıqladı: Putin Trampın elçiləri ilə 3 saatdan çox nə danışıb? Bu gün, 11:48 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı Bu gün, 11:48 Tanınmış aktrisanın yeni serialı bəlli oldu Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb Bu gün, 11:48 Qubada QƏZA: Ölən və yaralananlar var Bu gün, 10:48 Güclü külək, sel və ildırım gözlənilir - Əhaliyə XƏBƏRDARLIQ Bu gün, 10:48 Zaqatalada qarışıq mallar mağazası yandı Bu gün, 10:48 Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO Bu gün, 09:48 "Turan Tovuz" "Sumqayıt"la, "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşacaq Bu gün, 09:48 SEPAH ABŞ-yə bağlı altı gəmini vurub Bu gün, 09:48 Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR Bu gün, 09:48 Dominikan təmsilçisi "Miss World - 2026" tituluna sahib olub Bu gün, 09:48 Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib Bu gün, 00:48 Ağdamda traktor minaya düşüb Bu gün, 00:48 Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" Bu gün, 00:48 İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib Dünən, 23:48 Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir" Dünən, 23:48 İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb Dünən, 23:48 Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır Dünən, 23:48 "Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb Dünən, 22:48 Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq Dünən, 22:48 Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib Dünən, 22:48 Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır Dünən, 22:48 Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır? Dünən, 21:48 İranda neft tanker partlayıb, on nəfər ölüb Dünən, 21:48 "Formula-1": Qasli İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünən, 21:48 Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib Dünən, 21:48 ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib Dünən, 20:48 Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub Dünən, 20:48 Türkiyədə aktyor evində ölü tapılıb Dünən, 20:48 Badamdarda "şambo" dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur Dünən, 20:48 Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? Dünən, 19:48 Zelenski Azərbaycan əsilli prokuroru təltif edib Dünən, 19:48 Ötən gün 9 qanunsuz silah aşkarlanıb Dünən, 19:48 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib Dünən, 19:48 "Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb Dünən, 19:48 Aleksandar Vuçiç Serbiyanın baş naziri ola bilər Dünən, 19:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub Dünən, 18:48 Türkiyədə "Airbus A340" sərnişin təyyarəsi alovlandı Dünən, 18:48 Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA Dünən, 18:48 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var" Dünən, 18:48 ABŞ-də təyyarədə dava salan sərnişin oturacağa skoçlandı Dünən, 17:48 Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib Dünən, 17:48 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub Dünən, 17:48 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR