10-05-2024, 09:40 571

Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.

Bu barədə "AVESTA.AZ"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, namizədlərin qeydiyyatı mayın 19-u saat 23:59-dək internet vasitəsilə aparılır.

Bu il mayın 5-də keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.

Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 1-11 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün mayın 10-dan 19-dək ərizə verməlidirlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Onlar da mayın 10-dan 19-dək qeydiyyatdan keçib iştirak edə bilərlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Paylaş

Xəbər lenti

Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq Bu gün, 00:48 "Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr Bu gün, 00:48 Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür Bu gün, 00:48 SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib Dünən, 23:48 Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü Dünən, 23:48 Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı Dünən, 23:48 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür Dünən, 23:48 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır Dünən, 23:48 Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar Dünən, 23:48 Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı Dünən, 22:48 Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib Dünən, 22:48 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır Dünən, 22:48 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? Dünən, 22:48 Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib Dünən, 22:48 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Dünən, 21:48 SOCAR neftçiləri təbrik edib Dünən, 21:48 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib Dünən, 21:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Dünən, 21:48 Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib Dünən, 20:48 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb Dünən, 20:48 Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər Dünən, 20:48 3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb Dünən, 20:48 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Dünən, 20:48 İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Dünən, 19:48 Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib Dünən, 19:48 Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb Dünən, 19:48 DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Dünən, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Dünən, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Dünən, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Dünən, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Dünən, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Dünən, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Dünən, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Dünən, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Dünən, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Dünən, 17:48 Nizami rayonunda kanalizasiya problemi Dünən, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Dünən, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Dünən, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Dünən, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Dünən, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Dünən, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Dünən, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Dünən, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Dünən, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Dünən, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Dünən, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR