Bu gün, 13:48 92

Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH

Son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinin genişlənməsi onun beynəlxalq platforma kimi əhəmiyyətini xeyli dərəcədə artırıb.

Bu prosesdə Azərbaycan və Türkiyənin fəal mövqeyi, irəli sürdüyü təşəbbüslər və üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qurumda sadəcə iştirakçı deyil, eyni zamanda TDT-nin inkişafını dəstəkləyən təşəbbüslərlə çıxış edən, üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə töhfə verən tərəfdaş kimi çıxış edir. Rəsmi Bakının fəaliyyəti əsasən TDT-nin beynəlxalq mövqeyini gücləndirməyə, üzv ölkələr arasında enerji və nəqliyyat imkanlarının genişləndirilməsinə, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin dərinləşməsinə yönəlib.

Sentyabrın 17-də Bakıda TDT-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Beşinci Toplantısı, bundan bir neçə gün əvvəl isə qurumun müsəlman dini liderlərinin toplantısı keçirilib. Bu isə göstərir ki, Bakı TDT-nin mühüm siyasi, dini və təhlükəsizlik tədbirlərinə ev sahibliyi edir. Burada əsas məqam odur ki, söhbət adi diplomatik görüşlərdən getmir. Azərbaycan TDT çərçivəsində təhlükəsizlikdən nəqliyyata, enerjidən investisiyalara, humanitar əlaqələrdən gənclər siyasətinə qədər daha geniş əməkdaşlıq gündəliyinin formalaşdırılmasını təşviq edir.

17 sentyabr tarixində keçirilən tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciəti isə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı qeyd edib ki, TDT yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu səbəbdən də quruma üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək vacibdir. Qısacası, TDT-nin Bakıda keçirilən tədbirləri və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər sübut edir ki, qurumun əməkdaşlıq gündəliyi artıq daha geniş sahələri əhatə edir və Azərbaycan da bu prosesdə daha aktiv mövqe tutur.

Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH

Məhz bu aktiv mövqe və çoxşaxəli əməkdaşlıq modeli təşəbbüsü sayəsində Azərbaycan TDT üçün mühüm dialoq platformasına çevrilib. Məhz dini-mənəvi əməkdaşlıq, regional və milli təhlükəsizlik, enerji, nəqliyyat kimi bir çox sahələri əhatə edən görüşlərin də Bakıda keçirilməsi təsadüfi deyil. Bu, əslində TDT-yə üzv dövlətlərin Azərbaycana olan etimadının göstəricisidir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın belə tədbirlərə ev sahibliyi etməsi rəsmi Bakının müxtəlif istiqamətlər üzrə dialoq və koordinasiya imkanlarının genişlənməsinə töhfə verən mərkəz olduğunu göstərir. Bu, Azərbaycanın son illər yürütdüyü uğurlu xarici siyasət, dünyada baş verən geosiyasi dəyişiklikləri düzgün analiz edib nəticə çıxarması, Türk dünyasına verdiyi önəmin göstəricisidir.

Prezident İlham Əliyevin açıqlamalarından da anlaşılır ki, əsas hədəf Türk dünyasının sahib olduğu siyasi, iqtisadi, enerji, nəqliyyat potensialını sıx əməkdaşlıq mexanizmləri ilə birləşdirərək, qısa zamanda qurumun beynəlxalq münasibətlər sistemində təsirli və sözükeçən aktora çevirməkdir. Təməli 2009-cu ildə Naxçıvanda imzalanmış sazişlə qoyulan TDT aradan keçən 17 il ərzində xeyli yol qət edib, üzv ölkələr arasında bir çox sahələri əhatə edən əməkdaşlıqlar qurulub. Nəqliyyat, enerji, təhsil, qarşılıqlı investisiya sahələrində əldə edilən uğurlar hər bir ölkənin inkişafına xüsusi töhfə verir. Bundan əlavə, müntəzəm olaraq, üzv ölkələrin dövlət başçılarının Zirvə görüşlərinin keçirilməsi həm inkişaf dinamikasını artırır, həm etimadı daha da möhkəmləndirir, həm də qarşıya qoyulan strateji hədəfə addım-addım yaxınlaşdırır. Bu məsələdə də əsas lokomotiv Azərbaycandır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin iyul ayında Şuşa şəhərində TDT-yə üzv ölkələrin dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib və ildə bir dəfə belə toplantıların keçirilməsi təşəbbüsü dəstəklənib. Çünki tez-tez dəyişən regional, qlobal və geosiyasi dəyişikliklərə operativ reaksiya vermək, yeni təşəbbüsləri müzakirə etmək, ortaq mövqeləri vaxtında əlaqələndirmək imkanı illik Zirvə görüşündən savayı, məhz belə qeyri-rəsmi Zirvə görüşlərində də mümkün olur. Prezident İlham Əliyevin "Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil" fikrinin arxasında da məhz daha intensiv siyasi dialoqa ehtiyac dayanır.

Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH

Geniş coğrafiyanı əhatə etməsi və mühüm enerji və nəqliyyat marşrutlarının ərazisindən keçməsi əslində TDT-nin mühüm strateji üstünlüklərindən biridir. Prezident İlham Əliyev də 17 sentyabrda TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən qeyd edib ki, təşkilat ölkələrinin yerləşdiyi ərazidən "təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir". Dövlət başçısı bu fikri ilə vurğulayır ki, TDT bu gün Avropa ilə Asiya arasında enerji və ticarət axınlarının keçdiyi mühüm geoiqtisadi xətt kimi çıxış edir. Bu marşrutların təhlükəsiz və fasiləsiz fəaliyyəti də TDT-yə üzv ölkələrin regional və qlobal səviyyədə çəkisini artırır.

Azərbaycan lideri bildirib ki, hazırkı qlobal və regional şəraitdə enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları təmin olunmadan hər hansı ümumi təhlükəsizlikdən danışmaq qeyri-mümkündür. Bu fikir də məsələyə iqtisadi və logistika prizmasından əlavə, strateji təhlükəsizlik baxımından yanaşmanın vacibliyi deməkdir. TDT ölkələri üçün bu marşrutlar yükdaşıma və ticarət dövriyyəsini artırmaqla yanaşı, enerji resurslarını, mallarını daha təhlükəsiz və şaxələndirilmiş marşrutlarla daşımaq deməkdir. Azərbaycanın isə bu prosesdə mövqeyi çox əhəmiyyətlidir. Strateji mövqeyi sayəsində Mərkəzi Asiya dövlətlərini Avropa ilə birləşdirən əsas tranzit həlqəsi olan Azərbaycan Orta Dəhliz, Zəngəzur dəhlizi və digər marşrutlar vasitəsilə Mərkəzi Asiyanın iqtisadi potensialını beynəlxalq bazarlara çıxarır. Bununla yanaşı isə TDT üzv dövlətləri vahid nəqliyyat-logistika şəbəkəsində birləşdirməklə, həm onların iqtisadi imkanlarını artırır, həm də regional və qlobal təhlükəsizlik məsələlərində qurumun çəkisini artırır.

Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH

"Ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur". Prezident İlham Əliyevin bu fikri isə Azərbaycanın Türk dünyasına verdiyi əhəmiyyəti aydın şəkildə ortaya qoyur. Diqqət ediləcək məqam isə "ailə" anlayışının Azərbaycanın xarici siyasətində konkret siyasi məzmunla tamamlanmasıdır. Burada həm ortaq tarix, dil, mədəniyyət, həm də bu yaxınlığın dövlətlərarası münasibətlərdə real əməkdaşlığa çevrilməsindən söhbət gedir. Yəni Türk dünyası, TDT rəsmi Bakı üçün ortaq kimlik məkanı olmaqla yanaşı, siyasi, iqtisadi və strateji əməkdaşlığın dərinləşdiyi əsas istiqamətdir. Bu yanaşma Azərbaycan-Türkiyə münasibətlərində müttəfiqlik səviyyəsi, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik sənədləri, eləcə də birgə investisiya fondlarının yaradılması kimi konkret addımlarda özünü göstərir.

Yekun olaraq, anlaşıldığı kimi, rəsmi Bakının əsas hədəfi TDT-ni beynəlxalq səviyyədə daha böyük siyasi və iqtisadi çəkisi olan aktora çevirməkdir. Bunun üçün isə üzv dövlətlərin potensialından vahid platformada uzunmüddətli əməkdaşlıq məntiqi ilə istifadə etmək lazımdır. Məhz Azərbaycanın irəli sürdüyü təşəbbüslərin də məntiqi budur: siyasi, iqtisadi və coğrafi üstünlükləri real əməkdaşlığa çevirmək, bu yolla TDT-nin qlobal proseslərdə rolunu möhkəmləndirmək...

Paylaş

Xəbər lenti

Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48 Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü Bu gün, 12:48 "BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları Bu gün, 12:48 "Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu Bu gün, 12:48 Ayxan Abbasov Azərbaycan millisinin yoldaşlıq və Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb Bu gün, 12:48 Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48 Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Məclis "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsini müzakirə edir Bu gün, 11:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib Bu gün, 11:48 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu Bu gün, 11:48 KOBİA: Sahibkarlara 20 mindən çox lisenziya verilib Bu gün, 11:48 Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ... Bu gün, 11:48 Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib Bu gün, 10:48 Röya Ayxandan YENİ FOTOSESSİYA Bu gün, 10:48 Bu gün Milli Musiqi Günüdür Bu gün, 10:48 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi Bu gün, 10:48 Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq Bu gün, 10:48 "Şamaxinka"da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var Bu gün, 10:48 Bakıda yoldakı qoşa xətti qırıq-qırıq etdilər - ANBAAN VİDEO Bu gün, 10:48 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 10 nəfər saxlanılıb Bu gün, 10:48 Məleykə Abbaszadənin "qohumu"ndan şok dələduzluq - Taksi sürücüsü insanları necə tora salıb? Bu gün, 10:48 "Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb Bu gün, 10:48 Bakıda 18 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək Bu gün, 09:48 Həbs edilən qadının Lopezə bənzərliyi müzakirələrə səbəb oldu Bu gün, 09:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür Bu gün, 09:48 Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır Bu gün, 09:48 EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib Bu gün, 09:48 Aras Bulut İynemli, Sefo və Melis Sezen daxil olmaqla çox sayda məşhur saxlanıldı Bu gün, 09:48 Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı Bu gün, 00:48 Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək Dünən, 23:48 Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb Dünən, 23:48 Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub Dünən, 22:48 Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək Dünən, 22:48 Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq Dünən, 22:48 Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi Dünən, 22:48 Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Dünən, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR