
Misli Premyer Liqasında VI turun oyunlarına bu gün start veriləcək.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, turun ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edəcək.
Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq. Bu, "Neftçi"nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olacaq.
Günün digər oyununda isə "Qarabağ" "Şəfa" ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:45-də start götürəcək.
Misli Premyer Liqası
VI tur
18 sentyabr
17:30. "Qəbələ" - "Neftçi";
19:45. "Qarabağ" - "Şəfa".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.