
Lənkəranda ötən axşam döyülərək komaya düşən 2010-cu il təvəllüdlü E.İbadova ağır xəsarət yetirməkdə şəxsin kimliyi məlum olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, Kərgəlan kəndində E.İbadova ağır xəsarət yetirməkdə şübhəli bilinən İ.B polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsinə səbəb olub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə Kərgəlan kəndində baş verib.
Kənd sakini 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.
Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.