
"Fermerlər kabinetlərdə qəbullardan daha çox, kənd təsərrüfatı sahələrində olmalıdırlar".
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, bunu deputat Vüqar İskəndərov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Məhsul şəhadətnaməsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
O bildirib ki, prosedur icra edilərkən sənədləşmə şəffaf olmaqla bərabər, həm də sadə olmalıdır ki, bürokratik əngəllər olmasın:
"Həm də ilkin olaraq daha çox kiçik və orta fermerlərə dəstək olmaq lazımdır ki, böyük fermerlər onları kölgədə qoymasınlar".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.