Bu gün, 11:48 86

Milli Məclis

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda bildirilib ki, sənəd aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb.

Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.

İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə maliyyə təşkilatları və təchizatçılara təklif edirlər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur. Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.

Maliyyə məhsul şəhadətnaməsində bir qayda olaraq maliyyə təşkilatları (bank, BOKT) maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun satışından əldə ediləcək vəsaitin fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) ödənilməsi öhdəliyini ehtiva edir.

Əmtəə məhsul şəhadətnaməsində bir qayda olaraq tədarükçülər maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) verilməsi öhdəliyini ehtiva edir. Hər iki növ məhsul şəhadətnaməsinin tətbiqinin müsbət cəhətləri aşağıdakılardır:

- fermer zəruri vəsaiti istehsal prosesindən əvvəl əldə edərək istifadə edir;

- tədarükçülər əldə edəcəkləri məhsul barədə əvvəlcədən təminat aldığından bazar münasibətlərində daha çevik iştirak edə bilirlər;

- maliyyə təşkilatları aqrar sahə üzrə yeni və icrası daha çevik maliyyə aləti əldə edirlər;

- müqavilələrdən fərqli olaraq məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrasının pozulması halında çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə tutma proseduru müəyyən edilir. Layihəyə əsasən məhsul şəhadətnaməsi özü icra sənədi kimi çıxış edir və icra sənədi daxil olduğu gündən etibarən dərhal icraya yönəldilir;

- məhsul şəhadətnamələrinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə buraxılması onların tərtibi və təsdiqi (notarial) üzrə xərcləri aradan qaldırır, habelə elektron sistem vasitəsilə izlənə bilməsi onlara olan etibarı artırır;

- məhsul şəhadətnaməsinin sahibinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və ilkin emalında monitorinq hüququna əsasən məhsul şəhadətnaməsinin sahibi istehsal və ilkin emal prosesini nəzarətdə saxlayır və prosesin şəhadətnamədə elan olunan qaydada aparılmasına nəzarət edir. Bu isə tələb edilən keyfiyyətdə məhsulun əldə edilməsinin qarantiyaya alınmasına və onun növbəti realizəsinin rahat həyata keçirilməsinə şərait yaratmaqla "tarladan süfrəyə" prinsipinin həyata keçirilməsini asanlaşdırır.

Qanun layihəsinin qəbulu kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.

Paylaş

Xəbər lenti

Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48 Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Məclis "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsini müzakirə edir Bu gün, 11:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib Bu gün, 11:48 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu Bu gün, 11:48 KOBİA: Sahibkarlara 20 mindən çox lisenziya verilib Bu gün, 11:48 Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ... Bu gün, 11:48 Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib Bu gün, 10:48 Röya Ayxandan YENİ FOTOSESSİYA Bu gün, 10:48 Bu gün Milli Musiqi Günüdür Bu gün, 10:48 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi Bu gün, 10:48 Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq Bu gün, 10:48 "Şamaxinka"da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var Bu gün, 10:48 Bakıda yoldakı qoşa xətti qırıq-qırıq etdilər - ANBAAN VİDEO Bu gün, 10:48 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 10 nəfər saxlanılıb Bu gün, 10:48 Məleykə Abbaszadənin "qohumu"ndan şok dələduzluq - Taksi sürücüsü insanları necə tora salıb? Bu gün, 10:48 "Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb Bu gün, 10:48 Bakıda 18 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək Bu gün, 09:48 Həbs edilən qadının Lopezə bənzərliyi müzakirələrə səbəb oldu Bu gün, 09:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür Bu gün, 09:48 Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır Bu gün, 09:48 EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib Bu gün, 09:48 Aras Bulut İynemli, Sefo və Melis Sezen daxil olmaqla çox sayda məşhur saxlanıldı Bu gün, 09:48 Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı Bu gün, 00:48 Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək Dünən, 23:48 Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb Dünən, 23:48 Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub Dünən, 22:48 Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək Dünən, 22:48 Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq Dünən, 22:48 Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi Dünən, 22:48 Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Dünən, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Dünən, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Dünən, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Dünən, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Dünən, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Dünən, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Dünən, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Dünən, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Dünən, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Dünən, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Dünən, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Dünən, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Dünən, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Dünən, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR