18-05-2024, 02:15 584

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar - YENİLƏNİB

Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.

"Report"un xəbərinə görə, bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.

Aydın Kərimov: Qıraqdakı iki heykəldən birincisi Azərbaycan klassik musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinindir. Sonuncu isə Polad Bülbüloğlunun atası, məşhur xanəndə Bülbülün heykəlidir. Ortadakı isə xan qızı Natəvandır. O, Qarabağ xanının sonuncu varisidir. Baxın, bu heykəllər 1992-ci ilədək burada – Mədəniyyət evinin qarşısındakı bağın yaxınlığında yerləşirdi.

Prezident İlham Əliyev: Mədəniyyət evi dağıdılıb.

Aydın Kərimov: Mədəniyyət evi yerlə-yeksan edilib, heykəllər isə vandalizmə məruz qalıb. Siz onların üzərində güllə yerlərini görə bilərsiniz. Onları gülləbaran ediblər.

Prezident Aleksandr Lukaşenko: Qoy, elə bu cür də qalsın.

Prezident İlham Əliyev: Bəli, məhz bu cür də qalır.

Prezident Aleksandr Lukaşenko: Qoy, hamı görsün.

Prezident İlham Əliyev: Bax, görürsünüz, mən bunları 2021-ci ilin yanvarında buraya gələndə gətirtmişəm. Onları əridilməyə göndərmişdilər, sonra isə Polad Bülbüloğlu heykəllərin əridilmək üçün ermənilər tərəfindən Gürcüstana göndərildiyini öyrəndi. Onda o atama müraciət etdi və biz onları satın aldıq, ölkəyə gətirtdik, şəhərin mərkəzindəki İncəsənət Muzeyinin həyətində yerləşdirdik, onlar demək olar ki, 30 il orada qaldı.

Prezident Aleksandr Lukaşenko: “5-45” avtomatıdır.

Aydın Kərimov: Daha sonra isə Polad Bülbüloğlu cənab Prezidentə müraciət etdi ki, onlar orada daha nə qədər qalacaqlar, gəlin onları Bakı şəhərindəki gözəl parklardan birinə qoyaq. Prezident bildirdi ki, qəti surətdə olmaz, biz onları Şuşadakı öz yerlərinə qaytaracağıq.

Prezident Aleksandr Lukaşenko: Düzdür.

Aydın Kərimov: Bu, 11-12 il bundan əvvəl olub.

Prezident İlham Əliyev: Şuşaya ilk dəfə gələndə mən onları buraya gətirtdim və olduqları yerə qoydurdum. O, (Üzeyir Hacıbəyli – red.) bizim himnimizin müəllifidir. Baxın, indi səslənən həmin himn budur. Ən maraqlısı odur ki, bu, 1918-ci il Azərbaycan Demokratik Respublikasının himnidir, bu dahi bəstəkar həm də sovet Azərbaycanının himninin müəllifidir. O, çox istedadlı bəstəkar, bənzəri olmayan insan olub. Üzeyir Hacıbəyli iki himn bəstələyib, həm Azərbaycan Demokratik Respublikası üçün, həm də Azərbaycan Sovet Sosialist Respublikası üçün. O, əslən Şuşa şəhərindəndir.

Aydın Kərimov: Onların hamısı Şuşa şəhərindəndir. Şuşa bir çoxlarının, onlarla məşhur insanın vətənidir.

Prezident İlham Əliyev: Bu, Qarabağın qurucusunun nəticəsi şairə Natəvandır. Onun həm də barmağını sındırmışdılar. Arxadakı bina isə onun sarayıdır, vaxtilə yaşadığı kompleksdir. O, dağıdılıb. Bu isə bizim məşhur müğənnimiz Bülbüldür, ona bülbül quşunun adı verilib.

Prezident Aleksandr Lukaşenko: Bülbül?

Prezident İlham Əliyev: Bu onun təxəllüsüdür. Onun da heykəli vandalizmə məruz qalıb. O da Şuşada doğulub.

Aydın Kərimov: Şuşada doğulub və böyüyüb.

Prezident Aleksandr Lukaşenko: Bunlar danışan heykəllərdir. Maraqlı şəhərdir.

Prezident İlham Əliyev: Bəli, qaya üzərində yerləşir.

Aydın Kərimov: Dəniz səviyyəsindən 1400-1600 metr hündürlükdədir. Aşağıda qala divarının və Natəvanın sarayının qalıqları görünür.

17.05.2024.13:39

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib Dünən, 23:48 İRNA: İranın Hörmüz boğazındakı Qeşm adası yaxınlığında iki partlayış olub Dünən, 23:48 "Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları Dünən, 23:48 Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini "xoşməramlı jest" adlandırıb Dünən, 23:48 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb Dünən, 22:48 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib Dünən, 22:48 KİV: İran ABŞ-yə yeddi şərt qoydu: Hörmüz boğazı bağlı qalacaq Dünən, 22:48 İran və Oman razılaşıblar: Hörmüzdə yeni giriş-çıxış marşrutları yaradılır - DETALLAR Dünən, 22:48 Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir" Dünən, 21:48 Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər Dünən, 21:48 Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə Dünən, 21:48 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər Dünən, 21:48 Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia Dünən, 20:48 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib Dünən, 20:48 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib Dünən, 20:48 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb Dünən, 20:48 Oğul ona siqaret almayan atasını bıçaqladı Dünən, 19:48 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır Dünən, 19:48 Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər Dünən, 19:48 Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Dünən, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Dünən, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Dünən, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Dünən, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Dünən, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Dünən, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Dünən, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Dünən, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Dünən, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Dünən, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Dünən, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Dünən, 16:48 Bakıda küçələr yuyuldu Dünən, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Dünən, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Dünən, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Dünən, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Dünən, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Dünən, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Dünən, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Dünən, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Dünən, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Dünən, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Dünən, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Dünən, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Dünən, 14:48 Səfir: Şuşaya vurulmuşam Dünən, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Dünən, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Dünən, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR