
"Turan Tovuz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən "AVESTA.AZ"a verilən məlumata görə, Emmanuel Hakmanla razılıq əldə olunub.
Anlaşmaya əsasən, toqolu müdafiəçi 2024/2025 mövsümündə də Tovuz klubunun formasını geyinəcək.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Aleks Souza ilə 2, Şəhriyar Əliyevlə "1+1" illik sözləşmə imzalayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.