
Yəmənin husi üsyançıların Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına hücum edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə husilərin rəsmisi Yəhya Saria bildirib.
Onun sözlərinə görə, Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərdən istifadə etməklə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısı hücuma məruz qalıb.
Bundan əlavə, üsyançı qüvvələr Ərəb dənizində “Transworld Navigator” xüsusi yük gəmisinə ballistik raketlərlə zərbələr endiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.