
Salyanda yük maşınının altında qalan usta ölüb.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil bu nəqliyyat vastəsinə çırpılıb.
Nəticədə yük maşınının altında qalan usta həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.