
Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasındakı yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə "AVESTA.AZ"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
"AVESTA.AZ" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.