23-07-2024, 22:21 631

Naxçıvanda peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub

Naxçıvanda peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub.

"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin əməkdaşı Nuray Həsənova jurnalistlərə müsahibəsində bildirib.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili nəzərdə tutulub. Dövlət proqramının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2024-cü il 7 may tarixində “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb. Fərmana əsasən Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri isə peşə liseyinə çevrilməklə publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin əməkdaşı Nuray Həsənova qeyd edib ki, fərmanın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən 3 iyun 2024-cü il tarixdə Sərəncam imzalanıb. Sərəncamın icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən müasir tipli peşə təhsili müəssisələrinin Nizamnamələri və ştat cədvəlləri tərtib olunub, layihə və təkliflər aidiyyəti üzrə təqdim olunub. Həmçinin dövlət proqramının icrasının davamı olaraq cari ilin sonunadək peşə təhsili müəssisələrinin hər birində qəbul planında verilən ixtisaslara uyğun 1 emalatxananın qurulması və peşə təhsilli gənclərin sayının artırılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrimizdə 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub.

Nuray Həsənova qeyd edib ki, Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələri ölkədə fəaliyyət göstərən digər peşə təhsili müəssisələrinə uyğunlaşdırılaraq 6 aylıq, 1, 2, 3 və 4 illik ixtisasların tədrisini nəzərdə tutur. Qeyd edək ki, peşə təhsilini Mühasibat uçotu, Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, Elektronika və kommunikasiya sistemlərinin istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), Binaların tikintisi və istismarı ixtisasları üzrə bitirən tələbələrə subbakalavr ixtisas dərəcəsi veriləcəkdir.

Bu ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə işə qəbul prosesi də mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılacaq.

Təhsil nazirliyinin əməkdaşı onuda əlavə edib ki, müsabiqə çərçivəsində muxtar respublikada yerləşən peşə təhsili müəssisələri üzrə 30 peşə ixtisas müəllimi, 30 istehsalat təlimi ustası, 5 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır.

Qeyd edək ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 22-29 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Həmçinin peşə məktəblərində tam orta təhsil verən ixtisaslar üzrə ümumtəhsil fənləri də tədris olunacaqdır. Həmin fənlər üzrə 38 vakansiya müəyyənləşdirilib.
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu, təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edildikdən sonra, 2 avqust tarixində keçiriləcək test imtahanında ümumi 40 bal və daha yüksək nəticə göstərən müraciətçilər vakant yerlərin seçiminə buraxılacaqlar. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı veriləcək.

Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilən, müvafiq tələblərə uyğun namizədlər müraciət edə bilər. Namizədlərə aid tələblərdə orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər və peşə, orta ixtisas və ya ali təhsilli, ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslərin qəbulu nəzərdə tutulub.

Paylaş

Xəbər lenti

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA Bu gün, 15:48 57 min manatlıq qızıl dələduzluğuna görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bu gün, 15:48 İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 15:48 Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var Bu gün, 15:48 İlham Əliyevin sosial media hesablarında Forumda iştirakına dair videoçarx paylaşılıb Bu gün, 15:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi" adlı panel keçiriləcək Bu gün, 15:48 AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! Bu gün, 15:48 Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir Bu gün, 15:48 Yevlaxda yol qəzasında iki nəfər ölüb Bu gün, 15:48 Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK Bu gün, 15:48 Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar Bu gün, 15:48 Azərbaycanda icra başçısı cərimələndi Bu gün, 14:48 Leyla Əliyeva Məhəmməd Əbdülsalam ilə görüşüb Bu gün, 14:48 Hərbi vəzifəlilərin təlim toplanışları başa çatıb Bu gün, 14:48 Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub Bu gün, 14:48 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu Bu gün, 14:48 Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb Bu gün, 14:48 Salyanda kişi ana-atasını və arvadını bıçaqlayıb, ölən var Bu gün, 14:48 2027-ci il "Alovlu Keçi" ili olacaq: Bizi nələr gözləyir? - Maraqlı PROQNOZLAR Bu gün, 13:48 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif Bu gün, 13:48 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb Bu gün, 13:48 Həkimdən şok əməl - 49 uşağın bioloji atası olduğu üzə çıxdı Bu gün, 13:48 Apple ekran problemi olan bu modellərini dəyişdirəcək Bu gün, 13:48 Bakıda 48,7 kilometrlik yol təmir olunub Bu gün, 13:48 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat Bu gün, 13:48 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi Bu gün, 13:48 Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye Bu gün, 13:48 Siyəzəndə 43 yaşlı qadın qətlə yetirilib, qohumu saxlanılıb Bu gün, 13:48 Azərbaycanda kartlarla aylıq nağdsız ödənişlər 9 mlrd. manata yaxınlaşıb Bu gün, 13:48 Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur Bu gün, 12:48 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq Bu gün, 12:48 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR Bu gün, 12:48 Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı Bu gün, 12:48 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir" Bu gün, 12:48 Sabah bəzi yerlərə leysan yağacaq Bu gün, 12:48 ABŞ-də quş qripinə görə milyona yaxın toyuq məhv edilib Bu gün, 12:48 Azərbaycanın dəstəyi ilə Suriyada 100-dən çox məktəbi bərpa edilir Bu gün, 12:48 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı Bu gün, 12:48 Alyona Əliyeva Şamaxıdakı sosial tikiş müəssisəsində keçirilən görüşdən paylaşım edib Bu gün, 12:48 İsveçrədə azərbaycanlı kişi faciəvi şəkildə öldü Bu gün, 12:48 Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub Bu gün, 12:48 Ramil Həsən AK Parti rəsmisi ilə Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib Bu gün, 12:48 Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı Bu gün, 11:49 Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Bu gün, 11:49 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır Bu gün, 11:49 Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə Qubada dərzi sexi açıb Bu gün, 11:49 Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq Bu gün, 11:49 Putin G20 sammitində iştirak edəcək? - Kremldən AÇIQLAMA Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR