22-09-2022, 19:11 786

Nazirlər Kabineti gələn ilin büdcə layihələrini müzakirə edib

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.

Bu barədə "Report" Nazirlər Kabinetinə istinadən xəbər verir.

İclası açan Baş nazir Ə.Əsədov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan hərbçilərimizin əziz xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Baş vermiş təxribata və artan gərginliyə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.

Xüsusi vurğulanıb ki, baş vermiş təxribatlar fonunda ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və onun daim lazım olan səviyyədə saxlanılması dövlətimizin, o cümlədən Hökumətin birbaşa qarşısında duran əsas və zəruri olan məsələlərdəndir.

Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman əsas xərc istiqamətlərindən biri olacaqdır. Bu istiqamətdə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, bütövlükdə, 2023-cü il dövlət və növbəti 3 il üçün icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə alınmaqla hazırlanıb.

2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsaitin ayrıldığı bildirilib.

Həmçinin vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı 2023-cü ilin dövlət büdcəsinin hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar vermiş, həmin tapşırıqlar büdcə layihəsinin hazırlanması prosesində nəzərə alınıb.

Ölkəmizin uğurlu inkişafından söz açan Baş nazir bu müsbət tendensiyanın cari ilin 8 ayının nəticələrində özünü təsdiqlədiyini vurğuladı. “Belə ki, 8 ayda iqtisadi artım 5,8%, o cümlədən qeyri-neft sektoru üzrə 10,3% artmış, qeyri-neft sənayesində 9% artım qeydə alınmışdır. Xarici ticarət dövriyyəmiz 35 mlrd. dollar təşkil etmişdir”, - deyə Baş nazir bildirib.

Qeyd edilib ki, hazırda ölkənin strateji valyuta ehtiyatları 2,7 mlrd. dollar artaraq təxminən 56 millyard dollara yaxındır və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirildi ki, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.

Əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılmasının əsas hədəflərdən biri kimi müəyyən edildiyi diqqətə çatdırılıb. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi çağırışların, istehsal zəncirində qırılmaların, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsinin dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə ərzaq məhsulları üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olduğu diqqətə çatdırılıb.

Təbii olaraq dünya ərzaq bazarlarındakı vəziyyətin əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini daha da aktuallaşdırdığı bildirilib.

Diqqətə çatdırılıb ki, hazırda qlobal miqyasda da əsas çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcə xərclərinin həcmi də artırılacaq. O cümlədən Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsaitin nəzərdə tutulduğu qeyd edilib.

Eyni zamanda dövlət baçşısının tapşırıqlarına əsasən, kənd təsərrüfatının inkişafının Hökumət üçün əsas prioritetlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Daha sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında məruzələrlə çıxış ediblər.

Müzakirələr zamanı səsləndirilən fikir və təkliflərin “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” layihələrində nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə qərar verilib.

Paylaş

Xəbər lenti

Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Bu gün, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Bu gün, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Bu gün, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Bu gün, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Bu gün, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Bu gün, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Bu gün, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Bu gün, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Bu gün, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Bu gün, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Bu gün, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Bu gün, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Bu gün, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Bu gün, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Bu gün, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Bu gün, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Bu gün, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Bu gün, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Bu gün, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Bu gün, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Bu gün, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Bu gün, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Bu gün, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Bu gün, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Bu gün, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Bu gün, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Bu gün, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Bu gün, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Bu gün, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Bu gün, 17:48 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq? Bu gün, 17:48 "Prior Lizinq" Balakəndə yeni filial açıb: Texnikaların satışı, servisi və ehtiyat hissələri artıq bir ünvanda Bu gün, 17:48 NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir Bu gün, 17:48 Tramp Fransanı sərhədləri dərhal bağlamağa çağırıb Bu gün, 17:48 Azərbaycan Mərkəzi Bankı Slovakiya Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb Bu gün, 17:48 Hafiz İsmayılbəyli yenidən auditor təyin edilə bilər Bu gün, 17:48 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb Bu gün, 17:48 NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib Bu gün, 17:48 İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa "SpaceX" səhmi verəcək Bu gün, 17:48 DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb Bu gün, 17:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB Bu gün, 16:48 Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO Bu gün, 16:48 Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq Bu gün, 16:48 İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib Bu gün, 16:48 Restoranda ona göndərilən qeydi yaydı: "Qonaqlarımız getməzdən əvvəl... " Bu gün, 16:48 Mourinyo gənc futbolçunun zəif tərəflərini açıqladı: "Hələ çox şeyi öyrənməlidir" Bu gün, 16:48 Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb Bu gün, 15:48 Uşaqlıqda antibiotik qəbulu bağırsaq xəstəliyi riskini artıra bilər - ARAŞDIRMA Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR