27-09-2022, 17:56 1034

Nazir: “Xəzərin dibi ilə fiber-optik xətt çəkilməsinin böyük əhəmiyyəti var”

“Xəzər dənizinin dibi ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi böyük əhəmiyyət kəsb edir”.

“AVESTA.AZ” xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti Səlahiyyətli Konfransda çıxışı zamanı bildirib.

R.Nəbiyev əlavə edib ki, adıçəkilən layihənin təşəbbüskarı Azərbaycandır:

“Bu təşəbbüs Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrində rəqəmsal xidmətlərin yaranması üçün imkanlar yaradacaq. Biz İKT-nin faydalarını bütün millətlərə və cəmiyyətin bütün təbəqələrinə çatdırmaq üçün resurslarımızı bir yerə toplamalı və sinerji yaratmalıyıq”.

Nazir konfransda çıxışında Azərbaycanın 1992-ci ildən BTİ-nin, 2014-cü ildən isə BTİ Şurasının fəal üzvü olduğunu bildirib: “İKT sektorunda ölkələrarası dialoqu genişləndirmək məqsədilə bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

R.Nəbiyev Azərbaycanda “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının yalnız rəqəmsal transformasiya vasitəsilə mümkün olduğunu söyləyib: “Rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş bir sıra dövlət proqramlarını qəbul etmişik və hazırda inkişaf etdiririk. Ölkənin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa davam edir, GPON və LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələr həyata keçiririk”.

Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 4 ildən bir keçirilən Səlahiyyətli Konfransı zamanı təşkilatın Baş katibi, Baş katibin müavini, büro direktorları, o cümlədən BTİ-nin Radio Tənzimləmə Komitəsinə və BTİ-nin idarəedici orqanı olan Şuraya üzvlər seçilir. Sözügedən seçkilərdə Azərbaycanın 2023 – 2026-cı illər üzrə BTİ Şurasının üzvlüyünə, habelə nazirliyin nümayəndəsi Sahibə Abdullayevanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülüb.

Xatırladaq ki, BTİ-nin 26 sentyabr – 14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində növbəti Səlahiyyətli Konfransı keçirilir. Beynəlxalq tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Paylaş

Xəbər lenti

Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Dünən, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Dünən, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Dünən, 19:48 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib Dünən, 19:48 Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə Dünən, 18:48 Ötən gün itkin düşən 10 nəfər tapılıb Dünən, 18:48 Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb Dünən, 18:48 NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı Dünən, 18:48 Kişi fanatının bu addımı müğənnini şoka saldı Dünən, 18:48 Fəxri idman işçisi vəfat etdi Dünən, 18:48 Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb Dünən, 18:48 Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR