16-11-2024, 13:58 522

Umayra Tağıyeva: İqlim məlumatları ilə bağlı erkən xəbərdarlıq sistemləri inkişaf etdirilməlidir

İqlim məlumatının və təhlükəli erkən xəbərdarlıq sistemlərinin uğurlu yaradılması təkcə hökumətlərdən asılı deyil.

“AVESTA.AZ”un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məsələ həm də yerli icmalar, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlar daxil olmaqla, maraqlı tərəflərin, vətəndaş cəmiyyəti və digər müvafiq aktorların fəal və davamlı cəlb edilməsindən, habelə biliyin səmərəli idarə edilməsindən asılıdır.

Nazir müavini bildirib ki, dünya artıq orta temperaturun, fəsillərin dəyişməsini, ekstremal hava hadisələrinin artan tezliyini və yavaş başlayan hadisələri yaşayır:

“Ölkələr və icmalar uyğunlaşma həlləri kimi erkən xəbərdarlıq sistemlərini inkişaf etdirməli və iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün tədbirlər həyata keçirməlidir. Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalı və onları rəhbər tutmalıdır. Paris Sazişinə əsasən, Adaptasiya üzrə Qlobal Məqsəd müəyyən edilib”.

U.Tağıyeva vurğulayıb ki, ikiillik iş proqramının başa çatmasından sonra, COP28-də tərəflər BƏƏ Konsensusunun bir hissəsi olaraq Qlobal İqlim Dayanıqlığı üzrə BƏƏ Çərçivəsini qəbul etdilər:

“Həmin çərçivə iqlimə uyğunlaşma və dayanıqlıq üçün bir sıra hədəfləri ehtiva edir və erkən xəbərdarlıq sistemləri kimi uyğunlaşma tədbirlərinin daha çox həyata keçirilməsi üçün platforma təmin edir".

Paylaş

Xəbər lenti

Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48 Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır Bu gün, 14:48 Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR Bu gün, 14:48 Nazpəri Dostəliyeva malikanəsində Mirələmə ad günü keçirib, bahalı saat hədiyyə etdi Bu gün, 14:48 "İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin" Bu gün, 14:48 Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı Bu gün, 14:48 Bakıda bu avtobuslar YENİLƏNİR Bu gün, 14:48 Nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq Bu gün, 14:48 21 günlük əmək məzuniyyətinin pulla əvəzlənməsi qadağan edilə bilər Bu gün, 14:48 NASA astronavtları ABŞ-dəki seçkilərdə səs verdi Bu gün, 14:48 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Bu gün, 13:48 İşçilərin maaşları artıq bu qaydada ödəniləcək Bu gün, 13:48 Sinan Özen qardaşı ilə qəza keçirdi Bu gün, 13:48 35 yaşlı müğənni xərçəngdən öldü Bu gün, 13:48 "Paltara pul xərcləmərəm" deyən Yıldız Tilbenin sərvəti açıqlandı Bu gün, 13:48 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı Bu gün, 13:48 Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq Bu gün, 13:48 Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR