28-09-2022, 18:21 868

İmişlidə Vətən müharibəsi şəhidləri anılıb

İmişli rayonunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü qeyd olunub.

"Report" xəbər verir ki, tədbirdə şəhid ailələri, rayon rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları tərəfindən şəhidlərimizin məzarlarına, abidənin önünə gül-çiçək dəstələri qoyulub, sonra Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər. Bildirilib ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var - Şəhidlik zirvəsi.

Bu zirvəyə ucalmaq hər insana nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilirlər. İgid oğullarımız bu qəhrəmanlığı, mübarizliyi 27 sentyabr 2020-ci ildə başlayıb, 10 noyabr 2020-ci ildə düşmənin darmadağın edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsində gedən qanlı döyüşlər zamanı bütün dünyaya nümayiş etdirdilər.

Azərbaycanın qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın həmrəyliyi və Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə 30 illik yurd həsrətimizə son qoyuldu.

Tədbirdə çıxış edən şəhid valideynləri qürur və iftixar hissi ilə qeyd ediblər ki, bu möhtəşəm Qələbə xalqımızın həmrəyliyi, milli birliyi sayəsində əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, dözümlülük və sarsılmaz birlik nümayiş etdirdilər.

Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı isə şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.

Daha sonra şəhidlərimizin əziz xatirələrinə ehsan süfrəsi açılıb, mədəniyyət və incəsənət işçilərinin ifalarında ədəbi bədii kompozisiya nümayiş olunub. Eyni zamanda şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq İmişli rayonunun Şəhidlər Xiyabanının ərazisində müxtəlif növ ağaclar əkilmiş və suvarma işləri aparılıb.

Paylaş

Xəbər lenti

Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Dünən, 20:48 İş axtaranlara şad xəbər Dünən, 20:48 Sahibə Qafarova Qazaxıstana səfər edib Dünən, 19:48 Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb Dünən, 19:48 Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia Dünən, 19:48 Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək Dünən, 19:48 DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək Dünən, 19:48 Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Dünən, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Dünən, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Dünən, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Dünən, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Dünən, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Dünən, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Dünən, 17:48 Onlar COP31-də çxış edəcəklər Dünən, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Dünən, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Dünən, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Dünən, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Dünən, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Dünən, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Dünən, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Dünən, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Dünən, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR