30-09-2022, 12:46 764

Azərbaycan UNESCO-nu azad edilən ərazilərə tezliklə missiya göndərməyə çağırıb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-nu tezliklə işğaldan azad edilən Azərbaycan ərazilərinə texniki missiya göndərməyə çağırıb.

Bu barədə "AVESTA.AZ"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində A.Kərimov "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunan sessiyada çıxış edib.

Nazir çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən törədilən etnik-mədəni soyqırıma yönəldib.

İşğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlər, tarixi abidələr, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdıldığı qeyd edilib. Həmçinin, ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırımı əməllərinin beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılandığı təəssüflə qeyd edilib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa işlərinə başladığına diqqət çəkilib, bu kontekstdə mədəni irsin bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Nazir bu baxımdan, Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirib və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq, bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə edib.

Çıxışda qeyd olunanlarla yanaşı, ölkəmizin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dair məlumat verilib, bu təşəbbüsün 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülmüş, mədəniyyətlərarası dialoqu təşviq edən Bakı prosesinin əlavə ölçüsü olduğu bildirilib. Sözügedən qlobal çağırışın dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud post-münaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə biləcəyinə istinad edilib.

Sessiya zamanı nazir A.Kərimov həmçinin, ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirib. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir.

Paylaş

Xəbər lenti

Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb Bu gün, 01:48 "Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb Bu gün, 00:48 Küsülü olduğu bacısından danışan Hadise kövrəldi Bu gün, 00:48 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür Bu gün, 00:48 "Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var" Dünən, 23:48 Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı Dünən, 23:48 İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil Dünən, 23:48 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video Dünən, 23:48 Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək Dünən, 22:48 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb Dünən, 22:48 Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib Dünən, 22:48 Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır Dünən, 22:48 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! Dünən, 22:48 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib Dünən, 22:48 "44" bədii filminin daha bir tizeri yayımlandı Dünən, 22:48 Qarabağın gələcək ulduzları necə yetişirlər? Dünən, 21:48 Qlobal bazarda ŞOK ENİŞ - İlin ən aşağı göstəricisi qeydə alındı Dünən, 21:48 Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər Dünən, 21:48 Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib Dünən, 21:48 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb Dünən, 21:48 Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir Dünən, 21:48 Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir Dünən, 20:48 Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi Dünən, 20:48 UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi Dünən, 20:48 Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub Dünən, 20:48 Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub Dünən, 20:48 Banklararası ödənişlərdə xidmət haqları endirildi: Vətəndaşları nə gözləyir? Dünən, 19:48 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı Dünən, 19:48 Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib Dünən, 19:48 Bakı tıxacından qurtulmağın YENİ YOLU - Funikulyor "BakıKart"a keçəcək? Dünən, 19:48 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb Dünən, 19:48 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub Dünən, 19:48 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib Dünən, 19:48 DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib Dünən, 19:48 Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib Dünən, 19:48 İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib Dünən, 19:48 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib Dünən, 19:48 ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib Dünən, 19:48 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib Dünən, 18:49 Həkim əməliyyatdan sonra tamponu xəstənin başında unutdu Dünən, 18:49 Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub Dünən, 18:49 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib Dünən, 18:49 Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər Dünən, 18:48 Bu kəndlərdə yaşayanlara MÜJDƏ: 7,3 milyon manat ayrıldı Dünən, 18:48 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi Dünən, 18:48 "Şahinlərin Görüşü-2026": Təyyarə və helikopterlərin uçuşları həyata keçirilib Dünən, 18:48 Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Dünən, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR