
Bakının Qaradağ rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Alıyeva Fatimə Faiq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.