
Neftçalada bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İbrahimov Mirzə Cəbrayıl oğlu kəsilmiş-deşilmiş yara ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaralının deməsinə görə, marketlərin birindən oğurluq edərkən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.