
Bakının Binəqədi rayonunda 45 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report" xəbər verir ki, 1980-ci il təvəllüdlü Abbasov Rafil Rauf oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.