
Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan dəyəri 5 min manatdan çox olan avadanlıq oğurlanıb.
Bu barədə “AVESTA.AZ”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəsəbə ərazisində yerləşən istixanadan 5 min 575 manatlıq oğurluq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı C.Heydərli və 22 yaşlı R.Xələfov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.