11-03-2022, 22:18 1293

Azərbaycanla İran arasında tarixi Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Avesta.az xəbər verir ki, memorandumu Azərbaycan tərəfindən Baş nazirin müavini, komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev, İran tərəfindən isə İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri Rüstəm Qasemi imzalayıb.

Anlaşma Memorandumu Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqındadır.  

Ümumilikdə Azərbaycan regionda mühüm enerji, o cümlədən nəqliyyat və logistika layihələrində fəal iştirak edir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihələr regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərib.

Azərbaycanla İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir.

Memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək.

Həmçinin, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür.

Azərbaycan Respublikası və İran İslan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.

Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək.

İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək. Bu məqsədlə, körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq.

Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirəcəklər.

Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlayıb tərəflərin Hökümətlərinə təqdim ediləcək.

İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur.

Bu layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvan MR-in blokadadan çıxamsında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davaml bağlantısının yaradılmasında mühüm rol oynayacaq.

Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır.

Layihənin gerçəkləşməsində İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Memorandumun imzalanması həm də Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasınnın 30-cu ildönümünə təsadüf edir.

Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmeninin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir.

Yeni iqtisadi layihənin gerçəkləşməsi tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisdadi inkişafında mühüm rol oynayacaq. 

Sözügedən Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanıb.

Qeyd edək ki, Ermənistan növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı. Çünki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Paylaş

Xəbər lenti

Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48 İnter Mayami səfərdə Atlanta Yunayted üzərində qələbə qazanıb Bu gün, 10:48 Kürdəmirdə qatar yoluna çıxan kişi öldü - ADY-dən açıqlama Bu gün, 10:48 "Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb Bu gün, 09:48 Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım Bu gün, 09:48 Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq Bu gün, 09:48 Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürülüb Bu gün, 09:48 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür Bu gün, 09:48 U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb Bu gün, 09:48 Tramp: İranla müharibə bitəndən sonra benzinin qiyməti düşəcək Bu gün, 09:48 Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib Bu gün, 00:48 Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" Bu gün, 00:48 Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib Bu gün, 00:48 Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Sudan ordusu Çevik Hərəkət Qüvvələrinin onlarla döyüşçüsünün öldürüldüyünü açıqlayıb Dünən, 23:48 Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" Dünən, 23:48 Qurban Qurbanov: "Yeni futbolçuların uyğunlaşması üçün vaxt lazımdır" Dünən, 23:48 Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb Dünən, 23:48 Azərbaycanda quş əti və yumurta istehsalı kəskin artıb Dünən, 22:48 İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır Dünən, 22:48 Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb Dünən, 22:48 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü Dünən, 21:48 "Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi Dünən, 21:48 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir Dünən, 21:48 Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər Dünən, 21:48 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb Dünən, 21:48 Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası Dünən, 20:48 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır Dünən, 20:48 "Qarabağ"ın işi çətinləşdi: "Neftçi" hesabı artırdı Dünən, 20:48 700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti Dünən, 20:48 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb Dünən, 20:48 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb Dünən, 19:48 Gəncədəki raket hücumunun dəhşətli izləri: "Bir gecənin içində beş şəhidimiz oldu" Dünən, 19:48 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib Dünən, 19:48 "Neftçi" "Qarabağ"la oyunda yenidən önə keçdi Dünən, 19:48 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundular Dünən, 18:48 "Azərişıq"dan yanlışlıq - Məlumat lövhəsində səhv Dünən, 18:48 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib Dünən, 18:48 Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb Dünən, 18:48 Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb Dünən, 17:48 Bakıdakı "The World of Adrenaline" sirk şousunun proqramı açıqlandı Dünən, 17:48 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər Dünən, 17:48 Allahverdi İsrafilov: "Əsas hədəf azərbaycanlı artistləri dünyada tanıtmaqdır" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR