
Xaçmazda bıçaqlanma hadisəsi olub.
“AVESTA.AZ”un Şimal bürosunun məlumatına görə, rayonun Xaspolad-oba kəndində 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
R.Ədilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.