
Şəkidə yük avtomobili piyadanı vuraraq öldürüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhərində baş verib.
Belə ki, Firudin Məmmədovun idarə etdiyi "JAC" markalı yük avtomobili geriyə hərəkət edərkən Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü İmamhüseynov Ülfət Fikrət oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.