
Şəkidə məktəbdə yanğın olub.
Bu barədə "AVESTA.AZ"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhərin Küdürlü kəndində birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.