
Mingəçevir şəhərində ötən həftə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, yanvarın 23-də Mingəçevir şəhərində "VAZ" markalı avtomobil 2010-cu il təvəllüdlü Amil Rzayevi vurub.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq o, yanvarın 30-da müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.