
Abşeronda avtomobilin vurduğu 60 yaşlı qadın ölüb.
“AVESTA.AZ”un yerli bürosu xəbər verir ki, hadisə fevralın 10-u səhər saatlarında qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Rəsmiyyə Nemət qızı Salehovanı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.