14-02-2025, 13:38 489

Məmməd Musayev:

Türk dünyası beynəlxalq arenada artıq təşkilatlanmış güc kimi çıxış etməkdədir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının çətiri altında fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palataları Birliyi və Türk İnvestisiya Fondu, türk dövlətlərinin iqtisadi inteqrasiyası yolunda mühüm addımlardır:

“Bu istiqamətdə ciddi təşkilatlanma prosesi baş verib. Türk dövlətləri rəhbərlərinin dəstəyi ilə yaradılan Türk İnvestisiya Fondunun ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və sahibkarlıq təşəbbüslərinin reallaşdırılmasına böyük töhfə verəcəyinə inanırıq. Fond, iş dünyasının irəli sürdüyü layihələrin uğur qazanmasında mühüm rol oynayacaq”.

M. Musayev vurğulayıb ki, Türk İnvestisiya Fondunun digər beynəlxalq fondlarla, eləcə də türk dövlətlərinin investisiya fondları ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir:

“Türk Ticarət və Sənaye Palataları olaraq, biz Fondun fəaliyyətinin gücləndirilməsi üçün birgə çalışacağıq. Bu gün ilk dəfə olaraq Fond maliyyə vəsaitlərinin ayrılması, onlardan istifadə qaydaları, seçiləcək layihələr üzrə meyarlar və maliyyələşdirmə mexanizmləri ilə bağlı açıqlamalar verəcək. Qarşıda bizi genişmiqyaslı işlər gözləyir və bu proses mərhələli şəkildə həyata keçiriləcək”.

ASK prezidenti əlavə edib ki, tədbir çərçivəsində kiçik və orta biznesin, qadın və gənc sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunacaq.

“Eyni zamanda, Təşkilata üzv olan Palataların təmsil etdikləri ölkələrdə investisiya və biznes imkanlarını təqdim etmələri üçün şərait yaradacağıq. Bu, türk dövlətləri arasında iqtisadi və biznes əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Paylaş

Xəbər lenti

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib Bu gün, 00:48 Bakıda dana əti niyə bahalaşıb? Bu gün, 00:48 İl sonunda xoşbəxt olacaq bürclər – Ulduzlar kimlərə sevinc vəd edir? Bu gün, 00:48 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı Dünən, 23:48 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb Dünən, 23:48 Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib Dünən, 23:48 Fransa Hind okeanında neft tankerini saxladı Dünən, 23:48 UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub Dünən, 23:48 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi Dünən, 22:48 Rusiyada erməniəsilli banda rəhbərinə və fəal üzvlərinə ittiham irəli sürülüb Dünən, 22:48 İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir Dünən, 21:48 ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib Dünən, 21:48 Kubar­si: Yamal "Qızıl top" mükafatına layiqdir Dünən, 21:48 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı Dünən, 21:48 Bəzi ərazilərdə su olmayacaq Dünən, 21:48 II Elizabetin istifadə etdiyi "Bentley" hərraca çıxarılır Dünən, 21:48 İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır? Dünən, 21:48 Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib Dünən, 21:48 Bakı bulvarında Çay Festivalı keçirilir Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli hədəfdə Dünən, 20:48 Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar Dünən, 20:48 Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 20:48 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia Dünən, 20:48 Dünyəvi Azərbaycan modeli kimi narahat edir? Dünən, 19:48 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 19:48 AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib Dünən, 19:48 Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur Dünən, 19:48 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb Dünən, 18:48 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu? Dünən, 18:48 Qazaxıstan və Azərbaycan nəqliyyat-logistika əməkdaşlığının inkişafını müzakirə edib Dünən, 18:48 Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 18:48 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 18:48 Ürəyimiz yananda çay: Bakı bulvarında festival Dünən, 18:48 Bakının bu prospektində mikromobillik zolağı təşkil olunub Dünən, 17:48 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 17:48 İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib Dünən, 17:48 Çin XİN başçısı Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib Dünən, 17:48 Anar Hacıyev "Qarabağ"dakı vəzifəsindən ayrılıb Dünən, 17:48 Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək Dünən, 17:48 Ucarda sərnişin avtobusu yandı Dünən, 17:48 Dağıdılan kənd, yurdundan qovulan insanlar: Böyük Məzrənin ağrılı keçmişi Dünən, 17:48 "Barselona" Dani Olmonu satmaqdan imtina edib Dünən, 17:48 Məktəbli qızların geyimi: Valideynin inancı, uşağın seçimi, yoxsa dövlətin qaydaları? Dünən, 17:48 "Çoxları bu böyük səhvi edir" - Tanınmış həkim xəbərdarlıq etdi Dünən, 17:48 Məktəbin qarşısında dini radikal şüarlar səsləndirildi - Uşaqları alət etdilər Dünən, 16:48 Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR