
ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Üzərində Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, "Xocalıya ədalət!" şüarı və matəm rəmzi olan qərənfillərin əks olunduğu LED ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.
Avtomobil BMT-nin Nyu-Yorkdakı qərargah binasının önündə dayanıb və aksiya yerli ictimaiyyətin marağına səbəb olub. Məlumatlandırma tədbiri gün ərzində davam edəcək.
Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan bu aksiyanın məqsədi yerli sakinləri Xocalı həqiqətləri barədə məlumatlandırmaqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.