4-03-2025, 09:48 350

Dində insan öldükdən sonra donorluq etməsi günahdır?

Bir çox ölkələrdə beyin ölümü keçirən şəxslərdən, yəni meyit-donordan orqanların transplantasiya edilməsi uzun illərdir ki, uğurla həyata keçirilir. İldən-ilə bu təcrübədən istifadə edən ölkələrin sayı artsa da, Azərbaycanda ilk dəfə meyit-donordan orqan transplantasiyası bu il baş tutub. Bu tibbi prosedurun ölkəmizdə belə gec tətbiqinin səbəbləri arasında dini amil də rol oynayıb. Əslində isə bütün dinlərdə insan həyatının müqəddəsliyi əsas dəyərlərdəndir. Mərhəmət, şəfqət, həmrəylik və yardımlaşma kimi humanist mahiyyət daşıyan islamda insanların xilas yolu mənfi qarşılana bilməz.

AVESTA.AZ xəbər verir ki, Millət Məclisin deputatı Ceyhun Məmmədov Teleqraf-a məsələ ilə bağlı fikrini açıqlayıb:

"İslama görə, zərurət yarandıqda belə hallar qəbulediləndir. Əgər mərhumun ailə üzvləri icazə verərsə, meyit donorfluğunda problem olmamlıdır. Düşünürəm, bu önəmli qərardır. İslam dini bu kimi məsələlərdə həmişə öz dəstəyini ifadə edir və ədalətli mövqeyini ortaya qoyur. İnsan sağlamlığı hər şeydən önəmlidir və dinimiz insan sağlamlığına xüsusi önəm verir. Dinimizin bu məsələyə müsbət münasibətini nəzərə alaraq, onu düzgün formada həyata keçirməyə çalışmalıyıq".

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev də hesab edir ki, dünyasını dəyişən insanın sağlam orqanlarını ehtiyacı olan birinə köçürmək olar:

"Yaxşı olar ki, can sahibindən ölməmişdən öncə icazə və halallıq alınsın. Hər insan öləcəyini öncədən bilmir. Elə xəstələr var, həkim ona 3-6 ay yaşayacağı diaqnozunu qoyur. Belə halda bəzi insanlar özləri orqan donoru olmağa razılaşırlar və həkimlər onu diqqətdə saxlayırlar. Əgər şəxs sağlığında özü halallıq verərsə, ya da onun vərəsələri buna etiraz etməzlərsə, islamda orqan donorluğu birmənalı qarşılanır. Bir insanın başqasına həyat verməsində böyük dəyər var. Çünki müqəddəs Quranda buyurulur ki, bir insanı yaşatmaq, ona həyat vermək, bütün bəşəriyyəti yaşatmaqdır, bütün bəşəriyyətə həyat verməkdir. Bir insanı səbəbsiz yerə öldürmək bütün bəşəriyyəti öldürməkdir. İslam dini orqanları satmağa icazə vermir. Dünyada gizli şəkildə orqan satışı ilə məşğul olanlar var, bu cinayətdir".

Fuad Nurullayev şəriətə görə, ölmüş insanın bütün əzaları ilə dəfn olunması fikrinə və qiyamət günü əzaların ona şahid duracağı haqda ayələrə də münasibət bildirib: "Dində insanın bütün əzaları ilə dəfn olunması ilə bağlı hökm yoxdur. Bəli, insan Allah qarşısında cavab verəcək, amma burada əzalar dedikdə onun ürəyi, ciyəri, böyrəyi kimi orqanlar nəzərdə tutulmur. İslam dinində "insan əzaları dilə gələcək və şəhadət verəcək" anlayışı geniş məna daşıyır. Mütləq deyil ki, donor olanın yalnız daxili orqanları kiməsə köçürülsün. Elə hal ola bilər ki, insanın əli, ayağı da başqasına transplantasiya edilə. Onda ölən insanın bu əzası yeni sahibinə bir əmanətdir və o şəxs düzgün işlər görməlidir.

Məsələn, bir əl sonradan başqasına köçürülübsə, həmin əllə haram iş görmək olmaz. Qiyamət günü o əlin hər iki sahibində ayrı-ayrılıqda hansı işlər gördüyü bilinəcək. İnsanın əli, ayağı hansısa səbəbdən kəsilməli olarsa, öldükdən sonra qiyamət günündə o hissələr hamısı bərpa olunacaq. Bu məsələnin xırdalıqlarına getməyə ehtiyac yoxdur, din də ehtiyac duymur. İslam dini məntiqə, elmə böyük dəyər verir və bir insana həyat vermək, yaşatmaq və onu bəladan qurtarmaq bəyənilir.

Eynilə dinimizdə səbəbsiz yerə qəbir açmaq da qadağandır. Amma cinayət işlərinin şərtləri tələb etdikdə və digər zəruri hallarda buna icazə verilir. Meyit-donorun orqan transplantasiyasına da izin var".

Paylaş

Xəbər lenti

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48 AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb Bu gün, 14:48 İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib Bu gün, 14:48 Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI Bu gün, 14:48 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək Bu gün, 14:48 İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub Bu gün, 13:48 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib Bu gün, 13:48 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 13:48 Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 13:48 Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR