16-10-2022, 12:06 635

Samir Şərifov BVF rəsmisi ilə Azərbaycan iqtisadiyyatı ilə bağlı fikir mübadiləsi aparıb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov BVF-nin İcraçı Direktorunun müavini Bo Li ilə Azərbaycan iqtisadiyyatının cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Maliyyə Nazirliyindən “AVESTA.AZ”a bildirilib ki, Samir Şərifov və nazirliyin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun illik toplantısında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqton şəhərində səfərdədir.

S.Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısının Plenar iclasında iştirak edib. BVF və Dünya Bankı Qrupuna üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, mərkəzi bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin də iştirak etdiyi plenar iclasda çıxış edən BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və Dünya Bankı Qrupunun Prezidenti David Malpass dünya iqtisadiyyatının cari vəziyyəti, Rusiya-Ukrayna münaqişəsinin qlobal iqtisadiyyat qarşısında yaratdığı çağırışlar, o cümlədən yüksək inflyasiya təzyiqləri və ərzaq təhlükəsizliyi, qlobal iqtisadi inkişafın zəifləməsi və bir çox ölkələrdə borc dayanıqlığının pozulması risklərinə toxunaraq bu problemlərlə mübarizə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar.

Plenar iclasda həmçinin Direktorlar Şurası tərəfindən təsdiq olunmuş BVF və Dünya Bankı Qrupunun dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı birgə bəyanatı təqdim olunub.

Səfər çərçivəsində S.Şərifov BVF-nin İcraçı Direktorunun müavini Bo Li ilə görüşüb. Görüş zamanı Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.

Nazir ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən islahatlar, qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası, habelə işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, fiskal dayanıqlğın təmin edilməsi üçün fiskal intizamın qorunması və neft gəlirlərindən asılılığın azaldılması hökumətin diqqət mərkəzindədir və bununla bağlı BVF ölkəmizə hərtərəfli dəstək göstərib.

Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid, büdcə şəffaflığının və hesabatlılığın gücləndirilməsi islahatlarının həyata keçirilməsindən bəhs edən S.Şərifov ölkəmizin Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı tərəfindən hazırlanmış sonuncu Açıq Büdcə İndeksi hesabatında 37 bal irəlilədiyini bildirib.

Öz növbəsində Bo Li dünyada iqtisadi artımın yavaşlaması, qlobal risklər barədə fikirlərini bölüşüb. O, son illərdə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirib, BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Azərbaycanın maliyyə nazirinin oktyabrın 15-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde ilə görüşündə isə Azərbaycan ilə Bank arasında mövcud əməkdaşlıq müzakirə olunub. Eyni zamanda, cari ilin sentyabr ayında xanım Byerdenin Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə qaldırılan məsələlər və verilmiş tapşırıqlara uyğun olaraq Qarabağın və Şərqi Zəngəzurun bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

BVF və Dünya Bankının rəhbərliyi ilə keçiriən görüşlərdə Azərbaycan Respublikası Mərkəzi Bankıının sədri Taleh Kazımov və bankın nümayəndə heyəti də iştirak edib.

Vaşinqtona səfəri çərçivəsində Samir Şərifov həmçinin, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında ticarət olunan istiqrazlarının investorları olan investisiya bankları və maliyyə-investisiya şirkətlərinin nümayəndələri ilə də görüşüb.

Görüşdə Azərbaycan iqtisadiyyatında hazırkı makroiqtisadi vəziyyət və inkişaf dinamikası, ölkənin uzunmüddətli inkişaf vektorunu müəyyənləşdirmək üçün qəbul edilən strategiya barədə məlumat verilib, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası, həmin rayonların iqtisadiyyata yenidən reinteqrasiyası, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin həyata keçirilməsi olduğu diqqətə çatdırılıb.

Paylaş

Xəbər lenti

Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu açıqlayıb Bu gün, 19:48 İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib Bu gün, 19:48 Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz" Bu gün, 19:48 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi Bu gün, 19:48 Seymur Nəcəfova yüksək vəzifə verildi Bu gün, 19:48 Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı Bu gün, 18:48 Kirayəçi və ev sahibi arasında qalmaqal: "Beş qadın hücum çəkdi" Bu gün, 18:48 Bakı-Astara qatarı nə vaxt İŞLƏYƏCƏK? - RƏSMİ CAVAB Bu gün, 18:48 Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Bu gün, 18:48 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb Bu gün, 18:48 Sabah Bakıda bu yoldan keçməyin Bu gün, 18:48 Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" Bu gün, 17:48 Deputatdan hərbi canilərlə bağlı çağırış: Effektiv mexanizmlər yaradılması təklifi Bu gün, 17:48 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb Bu gün, 17:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı Bu gün, 17:48 İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? Bu gün, 17:48 Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb Bu gün, 17:48 Minatəmizləyənlərin yaxınlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri azaldılıb Bu gün, 17:48 Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb Bu gün, 17:48 Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb Bu gün, 17:48 Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda keçiriləcək Bu gün, 17:48 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı Bu gün, 17:48 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda Bu gün, 16:48 Şavkat Mirziyoyev: "SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır" Bu gün, 16:48 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi Bu gün, 16:48 Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş cədvəlini dəyişir Bu gün, 16:48 Qəbir daşlarında texnoloji yenilik - İslam nə deyir? Bu gün, 16:48 Cəbrayılda ADSEA-nın tabeli qurumunun yeni inzibati binasının açılışı olub Bu gün, 16:48 FIFA Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib Bu gün, 16:48 UFC-dən gözlənilməz qərar: Məğlubiyyətsiz döyüşçü niyə qovulub? Bu gün, 16:48 Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi Bu gün, 16:48 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi Bu gün, 15:49 Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb Bu gün, 15:48 Əli Həsənova yeni vəzifə verilir Bu gün, 15:48 Nevroloq Parkinson xəstəliyinin ilkin əlamətlərini açıqladı Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi Bu gün, 15:48 Naxçıvana qatarla getmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR Bu gün, 15:48 Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib Bu gün, 15:48 OpenAI-nin süni intellekt agenti başqasının kriptovalyuta cüzdanından vəsait xərcləyib Bu gün, 15:48 Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır Bu gün, 14:48 "20 Yanvar" və "Şamaxinka" ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır Bu gün, 14:48 AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb Bu gün, 14:48 İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Ceyhun Bayramov AQEM-in Baş katibi ilə təşkilatın VII Sammitinin nəticələrini müzakirə edib Bu gün, 14:48 Bakıda bu rayonda 30 bina SÖKÜLƏCƏK - KÜÇƏLƏRİN ADLARI Bu gün, 14:48 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR