19-10-2022, 13:58 460

Deputat Bakıda tıxacların aradan qaldırılmasının yollarını göstərib

Bakıda dövlət sektorunun özəl sahəyə nisbətətn daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər.

“AVESTA.AZ”un məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, paytaxtda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır: "Bu da tıxacı artıran səbəblərdəndir".

V. Bayramov hesab edir ki, hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür: "Oxşar mexanizm özəl sektor üçün də tövsiyyə oluna bilər".

Digər metod bir sıra təhsil müəssisələrin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir, deputat bildirir. Onun sözlərinə görə, ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır”.

Deputat bildirib ki, infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirə layiqdir: “Bununla yanaşı, heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib. Digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir”.

 Vüqar Bayramov
Vüqar Bayramov

V. Bayramov qeyd edib ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhvə verib: “Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir. Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər”.

O vurğulayıb ki, bu ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda minik avtomobillərin sayı 1 milyon 349 minə çatıb: “Ümumi avtomobillərin sayı isə 1,7 milyondur. Ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Bu ilin ilk 9 ayında isə sahibkarlar Azərbaycana 45 min 519 avtomobil gətiriblər. Avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır. Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdən adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər Yeni Zenlandiya və ABŞ-dır. Hər min nəfərə həmin ölkələrdə uyğun olaraq 897 868 avtomobil düşür. Region ölkələrdən Rusiya 397 avtomobil ilə dünyada 55-ci, Gürcüstan 378 avtomobil ilə 61-ci, Moldova 363 avtomobil ilə 63-cü, Belarus 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil”.

Deputat etiraf edib ki, xüsusən son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb: “Aydındır ki, infrastruktur genişlənməsəydi o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərin 70 %-dən çoxunun Bakıda istifadə olunmasıdır. Hər min nəfərə düşən avtomobillərin şəhərlər üzrə rəqəmlər göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir. Baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu hələlik ciddi çətinlik hesab olunmur”.

V. Bayramov tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərdiyi bildirib: “Belə ki, tıxaclarda itirlən zaman həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır. CNN kanalının hesablamarına görə, ABŞ-ın iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Ən çox zaman Los-Angelisdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir: hər sürücü ildə 250 saat tıxacda keçirir”.

Paylaş

Xəbər lenti

Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48 Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib Bu gün, 11:48 Trabzonda Salahın yaşadığı küçə onun adını daşıyacaq Bu gün, 11:48 Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48 Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48 Bakıda hava limanında ƏMƏLİYYAT Bu gün, 08:48 Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir" Bu gün, 08:48 Şuşa-Laçın yolundakı bədbəxt hadisədə ölən şəxslərin FOTOLARI Bu gün, 08:48 İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında Bu gün, 08:48 Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu Bu gün, 08:48 ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik Bu gün, 08:48 Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? - İqtisadçılar izah edirlər Bu gün, 08:48 Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR