20-10-2022, 13:55 593

Oktyabrın 21-27-də ATƏT Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupunu göndərəcək. ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır. Azərbaycan ictimaiyyətinin haqlı olaraq bu sual yaranıb: Əgər Avropa İttifqaı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var? Axı ATƏT 30 il münaqişənin dırnaqarası “sülh yolu ilə həlli” prosesi ilə məşğul olub, lakin bir dəfə də olsun işğal olunmuş ərazilərə missiya göndərməyib. Onun fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pullarını bölüşdürməsi və turist-qastrol səfərləri ilə kifayətlənib. Hər kəsə məlumdur ki, bu təşkilat ümumiyyətlə heç bir münaqişənin nizamlanmasına töhfə verməyib. 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə dırnaq arası “məşğul olublar”. Nəticəsi isə göz qabağındadır. Həmçinin 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə də dırnaq arası “məşğul olublar” və bu gün Şərqi Avropada savaş davam edir.

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə "Report"a açıqlamasında deyib ki, ATƏT Azərbaycanla məsləhətləşmədən regionla bağlı addım ata bilməz.

O, ATƏT-in Ermənistana qrup göndərmək üçün həm də Azərbaycanla məsləhətləşməli olduğunu vurğulayıb:

İlqar Vəlizadə
İlqar Vəlizadə

"Bildiyiniz kimi, Azərbaycan da ATƏT-in üzvüdür. Bu isə o deməkdir ki, ATƏT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) fərqli olaraq regionla bağlı addım atarkən mütləq bizdən də icazə almalıdır. Bu qurum Azərbaycanla məsləhətləşmədən qərar verə bilməz. Bu, ATƏT-in prinsiplərinə zidddir. ATƏT-in missiyası yalnız o halda legitim olardı ki, onun yaradılması barədə qərar hər iki tərəflə məsləhətləşmələr aparıldıqdan sonra qəbul olunardı".

Politoloqun sözlərinə görə, Ermənistan bu cür missiyalarla şou yaratmaq istəyir:

"Rəsmi İrəvan Bakının guya işğalçı olması ilə beynəlxalq ictimaiyyətdə rəy yaratmaq istəyir. Qarşı tərəf bu niyyətini gizlətmir. Ermənistan bu cür məkrli planlarla beynəlxalq ictimaiyyətin bizə təzyiq göstərməsinə çalışır. Hələ ATƏT sözügedən missiya ilə bağlı rəsmi açıqlama verməyib. Düşünürəm ki, heç bir beynəlxalq təşkilat, o cümlədən də ATƏT Ermənistanın oyuncağı olmamalıdır".

İ.Vəlizadə hesab edir ki, ATƏT-in Ermənistana göndərdiyi qupdan hansısa müsbət nəticə gözləməyə dəyməz:

"Biz bu qurumun fəaliyyətinin nədən ibarət olduğunu əvvəl də görmüşük. Əksinə, onların birtərəfli davranmaları obyektivliklərini sual altına qoyur. Hər halda zaman hər şeyi göstərəcək".

Paylaş

Xəbər lenti

Ronaldudan Portuqaliya millisi ilə bağlı MÜHÜM AÇIQLAMA Bu gün, 00:48 Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib Bu gün, 00:48 2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək proqnozlar Bu gün, 00:48 Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib Dünən, 23:48 Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb Dünən, 23:48 Faciəli şəkildə həlak olan gəmi kapitanının atası: "Bir gün öncə zəng etmişdi..." Dünən, 23:48 İrançılıq düşüncəsinin paradoksları Dünən, 23:48 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı Dünən, 23:48 Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb Dünən, 22:48 Şəhidimizin adını daşıyan gəmidə dron hücumu nəticəsində yaralanan azərbaycanlının atası danışdı Dünən, 22:48 Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə... Dünən, 22:48 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər Dünən, 22:48 Bakıda böyük tıxac hökm sürür Dünən, 21:48 Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək Dünən, 21:48 Azərbaycanda un məhsulları bahalaşacaq? Dünən, 21:48 Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ Dünən, 21:48 Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib Dünən, 21:48 EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək Dünən, 21:48 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi Dünən, 20:48 Bu məktəbin direktoru vəfat etdi Dünən, 20:48 İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi Dünən, 20:48 Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib Dünən, 20:48 102-ci baza mübahisəsi qızışır: Moskva və İrəvan arasında gərginlik Dünən, 20:48 Azərbaycanda bağçalarla bağlı SEVİNDİRİCİ XƏBƏR Dünən, 20:48 Ali məktəblərdə dövlət sifarişi üzrə bəzi yerlər niyə boş qalıb? Dünən, 19:48 Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi Dünən, 19:48 "Bavariya" 70 milyona yeni müdafiəçi almaq istəyir Dünən, 19:48 "Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər" - Məhkəmədə şok ifadələr Dünən, 19:48 Ayaq üstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Dünən, 18:48 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq Dünən, 18:48 Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular Dünən, 18:48 Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam" Dünən, 18:48 Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz Dünən, 18:48 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı Dünən, 18:48 Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ Dünən, 18:48 Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib Dünən, 18:48 Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Dünən, 18:48 Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək Dünən, 17:48 Kreml Putinin əsas ad günü arzusunu açıqladı Dünən, 17:48 Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi Dünən, 17:48 Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir Dünən, 17:48 Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI Dünən, 17:48 Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar? Dünən, 17:48 Sumqayıtda tikilidə yanğın söndürülüb Dünən, 17:48 Fazil Məmmədov nazir müavini təyin edildi Dünən, 17:48 Qaradağdakı rüşvət işi: sabiq vəzifəli şəxsə 6 min manat cərimə Dünən, 17:48 Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib Dünən, 17:48 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR