22-10-2022, 12:49 685

"İran dünyada azərbaycanlıların bütün hüquqlarının pozulduğu yeganə yerdir".

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, fars-molla rejimi müstəqillik əldə etdikdən bu günə qədər hər zaman Azərbaycana qarşı qərəzli münasibət bəsləyib: "İran Ermənistanın Azərbaycana təcavüzünü açıq, yaxud gizli şəkildə dəstəkləyib. Cənub qonşumuz düşüncələrində və əməllərindəki riyakarlıqla anti-Azərbaycan əməllərini pərdələyərək Ermənistanın genişçaplı işğalını stimullaşdıran ölkələrdən ən birincisi olub. Bu, yaxın tarixdə İranın Azərbaycana qarşı münasibətinin acı mənzərəsidir. Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri Ermənistanla bərabər həm də İrana sarsıdıcı zərbə vurub. Ölkəmizin Vətən müharibəsindən sonra həm regionda, həm də dünya miqyasında nüfuzunun artması İranı son dərəcə narahat edib, qıcıqlandırıb. Bu gün Azərbaycanın güclü və qüdrətli olması, demokratik bir ölkə kimi yüksək inkişaf səviyyəsinə çataraq diqqət mərkəzində özünə yer tutması Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli azadlıq mübarizəsinə stimullaşdırıcı təsir göstərir. Ona görə də İran Azərbaycana qarşı münasibətdə indiki halda daha aqressiv mövqe tutmağa başlayıb”.

Fəzail Ağamalı
Fəzail Ağamalı

F.Ağamalı İranın milli azlıqların dilinin, mədəniyyətinin qorunmasına, inkişaf etdirilməsinə, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edəcəyini öz konstitusiyası ilə təsbit etdiyini diqqətə çatdırıb: "Ancaq qonşu ölkə bu əməlləri öz konstitusiyasına da hörmət etmir. Hansı ki, soydaşlarımız İranda milli azlıq deyil, aparılan araşdırmalar göstərir ki, azərbaycanlılar aborigen olaraq orada yaşayan əhalinin əksəriyyətini təşkil edir. Burada azlıqda qalan farslar və digər etnik xalqlardır. Buna baxmayaraq fars-molla rejimi şovinizmə söykənərək soydaşlarımızı sıxışdırır, onun milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz sıxışdırılır. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlər və hansısa bir yolla canını götürüb xaricə mühacirət edənlər də var. Dünyada yeganə yer İran deyilən ölkədir ki, orada azərbaycanlıların hüquqları bütün sahələrdə pozulur”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən söyləmiş olduğu fikirlər bu günə və gələcəyə hədəflənən, xalqımızın milli maraqlarını hərtərəfli şəkildə ehtiva edən mövqedir: "Dövlət başçısının söylədiyi fikirlər birbaşa İranda yaşayan soydaşlarımızın hüquqlarının və təhlükəsizliyinin qorunmasına yönələn dahiyanə çağırışlardır. Ümidvaram ki, güneyli soydaşlarımız da hansısa formada bu fikirlərlə tanış olacaq, dərk edəcəklər ki, onların hüquqları Azərbaycan dövləti tərəfindən müdafiə olunur və bundan sonra da müdafiə olunacaq”.

Paylaş

Xəbər lenti

Ronaldudan Portuqaliya millisi ilə bağlı MÜHÜM AÇIQLAMA Bu gün, 00:48 Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib Bu gün, 00:48 2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək proqnozlar Bu gün, 00:48 Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib Dünən, 23:48 Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb Dünən, 23:48 Faciəli şəkildə həlak olan gəmi kapitanının atası: "Bir gün öncə zəng etmişdi..." Dünən, 23:48 İrançılıq düşüncəsinin paradoksları Dünən, 23:48 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı Dünən, 23:48 Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb Dünən, 22:48 Şəhidimizin adını daşıyan gəmidə dron hücumu nəticəsində yaralanan azərbaycanlının atası danışdı Dünən, 22:48 Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə... Dünən, 22:48 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər Dünən, 22:48 Bakıda böyük tıxac hökm sürür Dünən, 21:48 Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək Dünən, 21:48 Azərbaycanda un məhsulları bahalaşacaq? Dünən, 21:48 Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ Dünən, 21:48 Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib Dünən, 21:48 EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək Dünən, 21:48 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi Dünən, 20:48 Bu məktəbin direktoru vəfat etdi Dünən, 20:48 İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi Dünən, 20:48 Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib Dünən, 20:48 102-ci baza mübahisəsi qızışır: Moskva və İrəvan arasında gərginlik Dünən, 20:48 Azərbaycanda bağçalarla bağlı SEVİNDİRİCİ XƏBƏR Dünən, 20:48 Ali məktəblərdə dövlət sifarişi üzrə bəzi yerlər niyə boş qalıb? Dünən, 19:48 Naxçıvan Ali Məclisinin bəzi səlahiyyətləri ləğv edildi Dünən, 19:48 "Bavariya" 70 milyona yeni müdafiəçi almaq istəyir Dünən, 19:48 "Bizi adam ölən gün qurban kəsməkdə ittiham edirlər" - Məhkəmədə şok ifadələr Dünən, 19:48 Ayaq üstə dayana bilməyən Nejat İşler sevənlərini kədərləndirdi Dünən, 18:48 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq Dünən, 18:48 Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular Dünən, 18:48 Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam" Dünən, 18:48 Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz Dünən, 18:48 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı Dünən, 18:48 Bakıda yollar üçün yeni lük qapaqları ALINACAQ Dünən, 18:48 Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib Dünən, 18:48 Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Dünən, 18:48 Bakının 5 rayonunda və Abşeronun bəzi ərazilərində su kəsiləcək Dünən, 17:48 Kreml Putinin əsas ad günü arzusunu açıqladı Dünən, 17:48 Tehran kafelərində qəlyan və canlı musiqi qadağan edildi Dünən, 17:48 Azərbaycan yeni dövrə keçir: Strateji hədəflər dəyişir Dünən, 17:48 Mağaralar, qalalar və günbəzlər: Ən qeyri-adi qonaqlamalar üçün ən yaxşı 10 ölkə - SİYAHI Dünən, 17:48 Kardioloqdan alkoqol xəbərdarlığı: Gündəlik nə qədər içmək olar? Dünən, 17:48 Sumqayıtda tikilidə yanğın söndürülüb Dünən, 17:48 Fazil Məmmədov nazir müavini təyin edildi Dünən, 17:48 Qaradağdakı rüşvət işi: sabiq vəzifəli şəxsə 6 min manat cərimə Dünən, 17:48 Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib Dünən, 17:48 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR