
İstanbulda Ukrayna üzrə danışıqların Bakı vaxtı ilə saat 11 radələrində başlaması planlaşdırılır.
AVESTA.AZ xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
O da məlum olub ki, danışıqlar Türkiyə prezidentinin Dolmabahçe ofisində aparılacaq. 2022-ci ildə də orada danışıqlar aparılıb, lakin danışıqlar yarımçıq qalıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özü də bu gün Ankarada olmağı planlaşdırır. Onun orada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.