
Rusiyanın Türkiyədəki yeni səfiri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin olacaq.
Bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Sergey Verşinin 2018-ci ilin mart ayından etibarən Rusiya Xarici İşlər Nazirliyində nazir müavini vəzifəsində çalışır.
Bundan əvvəl diplomat Yaxın Şərq və Şimali Afrika departamentinə rəhbərlik edib, həmçinin nazirin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edib və o cümlədən Suriya məsələləri ilə məşğul olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.