19-06-2025, 21:48 389

Hollivudun aksiyon ulduzları indi nə işlə məşğuldur?

Silvestr Stalonni, Arnold Şvartsnegger, Brüs Uillis, Ceyson Steytem, Jan-Klod Van Damm... Onlar bir zamanlar Hollivudun aksiyon filmlərinin unudulmaz aktyorları idilər. Lakin illər keçdikcə bəziləri müəyyən səbəblərdən aktyorluq sənəti ilə aktiv məşğul olmurlar. Ya da ki, rol aldıqları filmlər əvvəlki effektini vermədi deyə onlar indi film istehsalçıları üçün maraqlı deyillər. Bu səbəbdən onların bəziləri hazırda karyeralarını aktiv davam etdirmir. Bəs görəsən Hollivudun aksiyon ulduzları indi nə ilə məşğuldurlar?

AVESTA.AZ xəbər verir ki, 79 yaşlı Silvestr Stalonni hazırda bir sıra müxtəlif layihələr üzərində işləyir. O indi aktyorluq, istehsalçılıq, həm də ekran arxası fəaliyyətləri ilə məşğuldur. Bir müddət əvvəl onun rol aldığı filmi "Alarum" gözlənilən nəticəni göstərmədi. Film "Rotten Tomatoes" kino saytında sıfır xal aldı.  Bir filmin saytda sıfır xal alması çox nadir hal idi. Buna baxmayaraq Stalonni film sektorundakı işinə davam edir. "Tulsa King" kriminal dramında Duayt Manfredi rolunu davam etdirir.Ekran işinin 3‑cü mövsümü "Paramount+" tərəfindən rəsmi təsdiqlənib. Çəkiliş prosesi Atlanta və Oklahomada davam edir, yayım isə 2025‑in payızında gözlənilir. Aktyor "The Steps" adlı kitab da yazıb. Onun şəxsi xatirələr kitabı bu il nəşr olunacq. Stalonni payız aylarında "John Rambo" filmin çəkilişləri üçün Tailanda gedəcək. Aktyor həmçinin "AI" sahəsinə sərmayə yatırıb, süni intellekt şirkətinə investisiya qoyub.

Arnold Şvartsneqqer də həmkarı Stalonni kimi film sektorundan tam uzaqlaşmayıb. 78 yaşlı aktyor bir çox layihələr üzərində işləyir.  O hazırda həm aktyor, həm xeyriyyəçi, həm aktivist kimi fəaliyyətdədir. Şvartsneqqer  "FUBAR" serialının ikinci mövsümündə rol alır. O orada agent Luke Brunner rolunda çəkilir. Həmin seriya bu ilin iyunun 12-də yayımlanıb. O övladları  ilə də birlikdə layihədə rol alacağını vurğulayıb. Aktyor həmçinin "Amazon MGM"nin  yeni filmində də çəkilib. O sonuncu dəfə  bu ilin iyunun 3-də Vyanada keçirilən "Austrian World Summit"də iştirak edib. 

Arnold xeyriyyəçi kimi də tanınır. O Los-Ancelesdəki meşə yanğınlarına 1 milyon dolar ianə edib. Onun eyni zamanda "AI" əsasında "Rəqəmsal ikilik" modeli üzərində işlədiyi barədə də xəbərlər var.

Brüs Uillis Hollivudun aksiyon filmlərinin unudulmaz siması... O artıq aktiv aktyorluqla məşğul olmur. 2022‑ci ildə afaziya diaqnozu qoyulduğu üçün karyerasına ara verdi və 2023‑cü ildə bu vəziyyət frontotemporal demensiyaya çevrildi. Aktyor yavaş-yavaş danışıq qabiliyyətini də itirmək üzərədir. O, evdə ailəsi - həyat yoldaşı Emma Heminq və beş qızı (Rumer, Skout, Tallulah, Mabel və Evelyn) ilə birlikdə yaşayır. Ailəsi və dostları onun yanında olur. 

Emma Heminq, bu payız "The Unexpected Journey" adlı kitabını nəşr edəcək. O burada o, həyat yoldaşına baxıcılıq təcrübələrini, gündəlik hisslərini bölüşərək, digərlərinə dəstək olmağı hədəfləyir. Ailənin sosial mediada paylaşdığ paylaşımlar göstərir ki, Brüs ailə mühitində sakit, dinc və zaman-zaman gülümsəyən halda vaxt keçirir. 

Jan-Klod Van Damm isə həmkarlarından fərqli olaraq film layihələrində aktiv iştirak edir. 65 yaşlı ulduz çəkilişdə olan və ya son illərdə çıxmış bir neçə aksiyon filmində aktyor və prodüser kimi fəaliyyət göstərir. Gələcək layihələrdə isə  jiu‑jitsu kimi döyüş texnikalarını əlavə etmək niyyətindədir. Media və siyasi mövzulara da maraq göstərərək, beynəlxalq arenada "Sülh elçisi" rolunu müzakirəyə qoyur. O kino sahəsində aktivdir və yeni layihələrlə məşğuldur. Aktyor bu  ilin yanvarında yayımlanan "Le Jardinier" ("The Gardener") komediya filmində Van Damme baş rolu oynayıb. "Darkness of Man"  filmində isə İnterpol agenti rolunu canlandırıb. İlin sonunadək "Battle Run" filmində də çəkiləcək. 

Ceyson Steytem da həmkarı Van Damm kimi aktiv aktyorluq qrafikinə malikdir. O yeni filmlər çəkir. Eyni zamanda prodüser kimi fəaliyyət göstərir.  O indi teatr-rəqəmsal yayımı təqdimatlar ilə məşğuldur. Aktyor bu il çəkilən "A Working Man" adlı dram filmində Statham Levon Cade rolunda idi.  Film həftəsonu ABŞ-da 15.2 milyon dollar gəlir toplayaraq "Snow White" filminin reytinqini yenilədi. Hazırda  o "Untitled Ric Roman Waugh" filminin çəkilişlərində iştirak edir. Aktyor burada baş rolu ifa edir. Obrazın adı "Mason"dır. Çəkilişlər bu ilin fevral–mart aylarında Böyük Britaniya və İrlandiyada başlayıb.  Onun "Mutiny", "Fast X: Part 2" və "The Beekeeper 2" kimi filmləri isə gələn il ekranlaşdırılacaq. 

Paylaş

Xəbər lenti

Qəzza ilə bağlı YENİ PLAN Bu gün, 19:48 Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb Bu gün, 19:48 "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Bu gün, 19:48 Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı Bu gün, 19:48 "2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Bu gün, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Bu gün, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Bu gün, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Bu gün, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Bu gün, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Bu gün, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Bu gün, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Bu gün, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Bu gün, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Bu gün, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Bu gün, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Bu gün, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Bu gün, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Bu gün, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Bu gün, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Bu gün, 16:48 "Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb Bu gün, 16:48 Makron çağırış etdi: Uşaqları qorumaq üçün süni intellekt modelləri yoxlanılmalıdır Bu gün, 16:48 "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib Bu gün, 16:48 "AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib Bu gün, 16:48 Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü" Bu gün, 16:48 Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı Bu gün, 16:48 Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib Bu gün, 16:48 Qarabağda yeni iş yerləri - Maaşlar 2100 manata çatır Bu gün, 16:48 İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib Bu gün, 16:48 Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ Bu gün, 15:48 "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026"ya bunları gətirmək qadağandır! - SİYAHI Bu gün, 15:48 Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq? Bu gün, 15:48 MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır Bu gün, 15:48 Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb Bu gün, 15:48 ".az" domeninə güclü kiberhücumlar olub - 22 sayt çöküb Bu gün, 15:48 Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb Bu gün, 15:48 Ceyran Rəhimova illər sonra efirə qayıdır - Bu kanalda çalışacaq Bu gün, 14:48 Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir" Bu gün, 14:48 "Qeyrətin çatırsa, vur" deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı Bu gün, 14:48 Avropanın Ukraynanı yeni təhlükəsizlik sisteminə daxil etmək planlarını nəzərə alırıq - Rusiya Bu gün, 14:48 Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? Bu gün, 14:48 FBI sistemlərinə sızma iddiası: Minlərlə əməkdaşın məlumatları ələ keçirilib Bu gün, 14:48 Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib Bu gün, 14:48 "MyShops"dan "Nothing" smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! Bu gün, 14:48 Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA Bu gün, 14:48 Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR