Bu gün, 14:48 65

Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir?

Taksi sürücülüyü yalnız avtomobil idarə etməkdən ibarət deyil.

Sürücülər gündəlik olaraq sərnişinlərlə ünsiyyət, təhlükəsizlik qaydaları, sənədləşmə, platforma tələbləri və texniki məsələlərlə qarşılaşırlar. Buna görə də sürücülərin məlumatlandırılması və ehtiyac yarandıqda operativ dəstək ala bilməsi xidmətin vacib hissəsidir.

Bolt platformasından istifadə edən sürücülər şirkətin əməkdaşları deyil və müstəqil şəkildə xidmət göstərirlər. Onlar öz avtomobilləri ilə fəaliyyət göstərə və ya nəqliyyat vasitəsini taksi parkından icarəyə götürə bilərlər. Bu modeldə sürücülər gündəlik fəaliyyətlərini əsasən özləri təşkil edir, tələb olunan sənədlər və platformadan istifadə ilə bağlı proseslərə cavabdeh olurlar. Avtomobil icarəyə götürüldükdə isə nəqliyyat vasitəsi ilə bağlı məsələlər sürücü ilə taksi parkı arasında tənzimlənir.

Məhz bu fəaliyyət modelini nəzərə alaraq, Bolt əsas platforma xidmətini sürücülərin gündəlik suallarını daha rahat həll etməyə kömək edən fiziki və rəqəmsal dəstək imkanları ilə tamamlayır.

Bu dəstək formatlarından biri Driver Hub-dır - sürücülərin yerində dəstək ala bildiyi fiziki xidmət mərkəzi. Hazırda bu mərkəzlər Bakıda iki ünvanda, həmçinin Sumqayıt, Gəncə və Mingəçevirdə fəaliyyət göstərir.

Burada sürücülərə qeydiyyat, sənədləşmə, fərqlənmə nişanı, profil və avtomobil məlumatlarının yenilənməsi, rüsumlar və aidiyyəti qurumlara müraciət qaydaları ilə bağlı pulsuz məlumat və dəstək təqdim olunur. Sürücülər həmçinin qazanc, balans, hesabın bloklanması və xidmət zamanı qarşılaşdıqları digər məsələlər ilə bağlı müraciət edə bilirlər.

Hub`da sürücülər və Fleet sahibləri üçün ayrılıqda 2 fərqli xidmət sahələri mövcuddur. Bundan əlavə, avtomobildə sərnişinə məxsus əşya qaldıqda, Driver Hub onun sahibinə qaytarılmasına da dəstək göstərir.

"Driver Hub-lara müraciət edən sürücülərin sualları çox fərqli olur - qeydiyyatdan sənədləşməyə, profil dəyişikliklərindən texniki məsələlərə qədər. Məqsəd sürücünün prosesləri daha aydın başa düşməsinə və lazım olan məlumatı bir yerdə əldə etməsinə kömək etməkdir," - Əməliyyatlar və Sürücü Artımı üzrə menecer Həzi Nəsirli bildirir.

Qeydiyyat və hesab təhlükəsizliyi istiqamətində SİMA inteqrasiyasından da istifadə olunur. Bu, sürücünün şəxsiyyətinin mütəmadi təsdiqlənməsinə və mümkün saxtakarlıq hallarının qarşısının alınmasına kömək edir.

Sürücülərlə birbaşa dialoq üçün mütəmadi Dəyirmi Masa görüşləri və canlı sessiyalar təşkil olunur. Görüşlərdə müxtəlif təcrübə və fəaliyyət səviyyəsinə malik sürücülərin gündəlik iş zamanı qarşılaşdıqları məsələlər, platformadakı yeniliklər və aktual suallar müzakirə edilir.

"Bu görüşlər bizə sürücülərin hansı mövzularla daha çox qarşılaşdığını birbaşa onlardan eşitməyə imkan verir. Canlı sessiyalar və Dəyirmi Masa formatları həm məlumat paylaşmaq, həm də sürücülərdən geribildirim almaq üçün istifadə olunur,"- Sürücü Əlaqələri, Etimad və Təhlükəsizlik üzrə menecer Fidan Kamilova qeyd edir.

Yaxın dövrdə daha çox sürücünün bu dəstək və kommunikasiya imkanlarından istifadə etməsi gözlənilir. Bu, həm sürücülərin platformadakı proseslər barədə daha məlumatlı olmasına, həm də onların sual və ehtiyaclarının daha operativ şəkildə müəyyənləşdirilməsinə imkan verə bilər.

Facebook səhifəsində Canlı yayıma qoşulmaq üçün - Keçid

Bakıda yerləşən "Driver Hub"-ların ünvanları - 1) Əbdulvahab Salamzade 31 - Starlife DEC (Əsas) və 2) Səttar Bəhlulzadə 155C

Paylaş

Xəbər lenti

Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ Bu gün, 15:48 "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026"ya bunları gətirmək qadağandır! - SİYAHI Bu gün, 15:48 Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq? Bu gün, 15:48 MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır Bu gün, 15:48 Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb Bu gün, 15:48 ".az" domeninə güclü kiberhücumlar olub - 22 sayt çöküb Bu gün, 15:48 Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb Bu gün, 15:48 Ceyran Rəhimova illər sonra efirə qayıdır - Bu kanalda çalışacaq Bu gün, 14:48 Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir" Bu gün, 14:48 "Qeyrətin çatırsa, vur" deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı Bu gün, 14:48 Avropanın Ukraynanı yeni təhlükəsizlik sisteminə daxil etmək planlarını nəzərə alırıq - Rusiya Bu gün, 14:48 Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? Bu gün, 14:48 FBI sistemlərinə sızma iddiası: Minlərlə əməkdaşın məlumatları ələ keçirilib Bu gün, 14:48 Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib Bu gün, 14:48 "MyShops"dan "Nothing" smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! Bu gün, 14:48 Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA Bu gün, 14:48 Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü Bu gün, 13:48 Tahir Kərimli: "Deputatlıq fəaliyyətim bitəndən sonra zənglərin, axtaranların sayı azalıb" Bu gün, 13:48 "Qısa müddətdə insanlara keçir" - Tanınmış professor təhlükəli virusları açıqladı Bu gün, 13:48 Aydın Mirzəzadə: "Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi" Bu gün, 13:48 Polşada ABŞ hərbi bazasına "Fort Tramp" adı verilə bilər Bu gün, 13:48 Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb Bu gün, 13:48 "Həkimlər sümüyümü sındırdılar, onların səhlənkarlığının qurbanı oldum" Bu gün, 13:48 Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı Bu gün, 12:49 Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib Bu gün, 12:49 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi Bu gün, 12:49 Bir vəkil kollegiyadan çıxarılıb, iki nəfərə töhmət verilib Bu gün, 12:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? Bu gün, 12:48 Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib Bu gün, 12:48 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ Bu gün, 11:48 "2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT Bu gün, 11:48 Xəstəxanaya yerləşdirilən Rəşad Səfərov: "Ürəyimdə ciddi problemlər var" Bu gün, 11:48 Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI Bu gün, 11:48 Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır Bu gün, 11:48 AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb Bu gün, 11:48 Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı Bu gün, 11:48 İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib Bu gün, 11:48 İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib Bu gün, 11:48 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib Bu gün, 11:48 Martin Ryan əfv edilib Bu gün, 11:48 Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək Bu gün, 10:48 Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir Bu gün, 10:48 Azərbaycanda 8 ayda istilik və isti su xidmətlərinin ümumi dəyəri açıqlanıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR